Kokpit.az xatırladır ki, gənc sürücü keçən il Bakıda Williams komandasının heyətində səkkizinci yeri tutmuşdu. Daha sonra argentinalı Alpine-ə keçdi, amma daha böyük nəticə qazana bilmədi. O, cümə axşamı Bakıda ötən ili xatırlayıb…
Franko Kolapinto: “Bu, inanılmaz bir həftəsonu idi, cəmi ikinci yarışım. Ən xoş xatirələrimdən biri Montsadan dərhal sonra bura gəlmək və Formula 1-də ilk şəhər yarışımı keçirmək oldu. İnanılmaz həftəsonu idi, həm sıralanma turunun sonu, həm də qazandığımız xallar çox gözəl xatirədir.
Bu il maşının zəif tərəflərini bildiyimiz üçün anlayırıq ki, burada işimiz çətin olacaq. Bakının uzun düzlükləri bizim maşına uyğun deyil, amma əlimizdə olan imkanlardan maksimum istifadə etməyə çalışacağıq.
Biz əlimizdən gələni edirik. Montsa mərhələsi komandamız üçün çox ağır və yorucu oldu, amma buraya ümidlə gəlmişik və yaxşı sürət göstərəcəyimizi ümid edirik. Bazada işlədik, simulyatorda bəzi şeylər tapdıq və bunun bizə kömək edəcəyinə inanırıq”.
Şərh əlavə et