Teymur Rəcəbov Ferrari pilotları ilə şahmat oynayıb

Teymur Rəcəbov Ferrari pilotları ilə şahmat oynayıb
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 ərəfəsində Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin təşəbbüsü ilə idman və mədəniyyətin qovuşduğu unikal bir layihə həyata keçirildi. Azərbaycanın dünya şöhrətli şahmat ustası, FIDE Dünya Kubokunun qalibi, şahmat üzrə qrossmeyster Teymur Rəcəbov Ferrari komandasının ulduz pilotları – Lewis Hamilton və Şarl Lekler ilə dostluq oyunu keçirdi.

Bu eksklüziv görüş Azərbaycan Qran Prisi 2025 ərəfəsində Bakı Şəhər Halqasının Paddock ərazisində baş tutdu. Layihə şahmatın strateji düşüncə və intellektual gücü ilə Formula 1-in sürət və texnologiyaya əsaslanan dünyasını bir araya gətirərək iki idman növünün ortaq dəyərlərini – dəqiqlik, diqqət və taktikanı – ön plana çıxardı.

Oyunun sonunda qrossmeyster Teymur Rəcəbov pilotlara Azərbaycan xalçaçılıq sənətinin incəliklərini və şahmat mədəniyyətini özündə birləşdirən xüsusi hazırlanmış xalçaları təqdim etdi. Bu simvolik hədiyyə həm qədim ənənələrin, həm də müasir yaradıcılığın parlaq təcəssümü kimi qlobal auditoriyaya təqdim olundu.

Görüşdən hazırlanmış video artıq Scuderia Ferrari-nin rəsmi “Instagram” səhifəsində paylaşılaraq milyonlarla azarkeşə təqdim olunub və beynəlxalq auditoriya tərəfindən böyük maraqla izlənilir.

Bunları da oxuyun

Şərh əlavə et