Bu gün Azərbaycan Qran Prisinin ilk günüdür

Bu gün Azərbaycan Qran Prisinin ilk günüdür
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən məlumata görə, səhərin ilk saatlarında artıq “Formula 2” sürücüləri trası sınaqdan keçirəcəklər. Saat 10:00-da baş tutacaq sərbəst yürüşdə gənc pilotlar sazlanmalar üzərində işləyəcək və yarış üçün strategiyalarını yoxlayacaqlar. Mövsümün sonuna cəmi üç mərhələ qaldığı üçün, çempionluğa iddialı yeddi sürücü arasında mübarizə xüsusilə maraqla gözlənilir.

Saat 12:30-da isə diqqətlər “Formula 1” sürücülərinə yönələcək. Onlar bir saatlıq ilk sərbəst yürüşdə Bakının çətin trasında, xüsusilə də dar 90 dərəcəlik döngələrdə və yeni asfalt örtüklü hissələrdə “Pirelli” təkərlərinin davranışını sınaqdan keçirəcəklər. Toplanacaq məlumatlar mühəndislər üçün yarış strategiyasının qurulmasında həlledici olacaq.

Günün ikinci yarısında “Formula 2” sürücüləri 14:00-da sıralanma turuna çıxacaq və həm sprint, həm də əsas yarış üçün start düzümünü müəyyən edəcəklər. Ardınca, saat 16:00-da “Formula 1” pilotları ikinci sərbəst yürüşdə səhərdən başlayan işlərini davam etdirəcək və sürət limitlərini daha da irəli çəkməyə çalışacaqlar.

Axşam isə azarkeşləri böyük musiqi şousu gözləyir. Elektron musiqinin ən futuristik adlarından biri olan Anyma, Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 proqramı çərçivəsində Bakı Kristal Zalında səhnəyə çıxacaq. O, tamaşaçılara reallıqla fantaziyanın sərhədlərini pozan unikal audiovizual performans təqdim edəcək. Anyma-nın çıxışı texnologiya, işıq və musiqinin birləşdiyi unudulmaz bir səyahət vəd edir. Qeyd edək ki, onun şouları artıq “Tomorrowland” və “Coachella” kimi dünyanın ən nüfuzlu festivallarında milyonlarla tamaşaçını valeh edib.

Bunları da oxuyun

Şərh əlavə et