Kokpit.az xatırladır ki, niderlandlı sürücü cümə axşamı Bakıda Nürburqrinqin Şimal halqasındakı son yarışı böyük həyəcanla xatırlayıb…
Maks Ferstappen: “Lisenziya almağım lazım idi, buna görə də ən güclü maşınla yox, GT4 kateqoriyasına aid avtomobildə iştirak etməli oldum. Amma belə gündə də çox şey öyrənmək mümkündür.
Yaxşı ki, bəzən yağış yağırdı, daha yavaş maşında həm trafiki aşmaq, həm də problemlərdən yayınmaq lazım gəlirdi – bu, faydalı təcrübə idi. Mən hər zaman 24 saatlıq yarışda çıxış etməyi arzulamışam, bunun üçün lisenziya lazım olduğunu bilirdim və bu, onu almaq üçün ideal imkan idi.
Düşünürəm, Helmut Marko da çox həyəcanlı idi, o, mənim bu işə necə bağlı olduğumu görür və nə üçün etdiyimi bilir. O, özü də dözümlülük yarışlarında iştirak edib, buna görə məni daha yaxşı anlayır. Mənim üçün bununla məşğul olmaq çox önəmlidir.
Əlbəttə, Formula 1 mövsümü ərzində neçə yarışa qoşula biləcəyim böyük sualdır. Gələn il yeni qaydalarla bu, kifayət qədər çətin olacaq, amma görək necə alınacaq. Onsuz da indi heç kim , Formula 1-də və ya GT-də beş-on ildən sonra nə olacağını bilmir
“Üçlü tac” (Monako Qran Prisi, İndy-500 və “Le Manın 24 saatı”ndakı qələbə)? Mən Le Manda çıxış etmək istərdim, amma “Üçlü tac” mənim üçün maraqlı deyil. IndyCar-a baxmağı xoşlayıram, amma orada yarışmaq istəmirəm”.
Şərh əlavə et