K.Sayns: Daimi stüardlar olmalıdır

K.Sayns: Daimi stüardlar olmalıdır
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ötən həftə Williams komandasının müraciəti əsasında FIA-da Karlos Saynsın işinə baxılıb. O, Zandfortda Liam Lousonla toqquşmaya görə cərimələnmişdi. Dinləmələr nəticəsində stüardlar etiraf ediblər ki, Karlos cərimələnməməli idi və hadisə yarış insidenti kimi qiymətləndirilməli idi.

Bakıda jurnalistlərin suallarını cavablandıran ispaniyalı sürücü bu qərarı şərh edərək bildirib ki, gələcəkdə səhv qərarların qarşısını almaq üçün Formula 1-də mütləq maaş alan daimi stüardlar olmalıdır.

Karlos Sayns: “Formula 1 və FIA daimi stüardların dəvət olunmasına razıdır. Ən azı üç stüarddan ikisi daimi olmalı, üçüncüsü isə təcrübə və öyrənmə məqsədilə mütəmadi olaraq dəyişməlidir.

Bu qərar idman ədalətinin qorunması üçün qəbul edilməlidir. Kiminsə buna görə ödəniş etməsi bizi narahat etməməlidir, çünki bu idmanda stüardlara maaş vermək üçün kifayət qədər pul var. Bu düzgün yoldur və açığı, maaş məsələsini bu kontekstdə müzakirə etməyə məcbur qalmağımız mənim üçün təəccüblüdür.

Daimi stüardlar vəziyyəti mütləq yaxşılaşdıracaqlar. Əgər hər yarışda eyni stüardlar olacağını bilsəm, illərin təcrübəsinə əsasən onların hadisələri necə qiymətləndirdiyini anlayaram. Amma yarışlarda stüardlar dəyişəndə, hansı hərəkətə cəza veriləcəyini, hansına verilməyəcəyini başa düşmək çox çətin olur.

Zandfortdan sonra bu cərimə ilə bağlı vəziyyət məni çox məyus etmişdi, çünki öz haqlılığıma əmin idim və müzakirələrə açıq idik. Biz stüardlarla yaxşı danışdıq və onlar insidenti səhv qiymətləndirmiş ola biləcəklərini etiraf etdilər. Cərimə ballarının ləğvi isə müsbət işarədir”.

Bunları da oxuyun

Şərh əlavə et