Kokpit.az xatırladır ki, yaponiyalı sürücü İtaliya yarışında yaxşı templə gedirdi, lakin Lyuis Həmilton və Liam Lousonla təmasfan sonra onun maşını zədələnmiş və yarışı xalsız qapatmışdı.
Yuki Tsunoda: “Montsadakı yarış məyusedici oldu, amma mən həmişə pozitiv məqamlar axtarıram. Sıralanma turunda güclü idim, yarış tempi də yaxşı idi, ta ki, maşın zədələnənədək.
Həftədən-həftəyə inkişaf edirik və Maks qələbə qazanaraq, hamıya nümunə göstərdi. Mən hər yarışda ona bir az da yaxınlaşıram, bu isə göstərir ki, gərgin işimiz nəticə verir.
Montsada maşının potensialını tam açmaq mümkün olmadı, bu, təəssüf doğurur, amma Bakıya inamla gəlməyimə səbəb olur. İtaliyada sıralanma turunda daha rəqabətədavamlı idim, indi isə yarış tempindəki sürət üzərində işləmək və maşının düzgün sazlandığından əmin olmaq lazımdır.
Bakı əyləncəli, amma çətin trasdır, gözlənilməz sürprizləri də az deyil. Burada tamamilə diqqətli olmaq və maşından maksimumu almaq vacibdir. Bu həftəsonu da məhz bunu etməyə çalışacağam”.
Şərh əlavə et