Kokpit.az xatırladır ki, niderlandlı sürücü daha əvvəl Azərbaycanda 1 qələbə və 1 podium əldə edib. O, bu il də paytaxtımızda yaxşı nəticəyə ümid edir.
Maks Ferstappen: “Montsadakı yarış inanılmaz alındı və komanda maşının sazlanması üzərində yaxşı addım atdı. Qələbə hamı üçün böyük stimul oldu. Ötən həftə bu uğuru komanda ilı birlikdə qeyd etmək üçün bazaya getmişdim. Eyni zamanda burada simulyatorda işləyərək növbəti yarışa hazırlaşdım.
Biz Bakı ilə səfər seriyasına başlayırıq. Şəhər traslarında çıxış etmək həmişə çətindir, yavaş döngələrin uzun əsas düzlük ilə birləşməsi isə sazlanmada balans axtarmağı, eləcə də arxa qanadın lazım olan səviyyədə asfaltayatma qüvvəsini tapmağı tələb edir.
Ümid edirəm, bu həftə yaxşı formamızı qoruyarıq və yalnız yarışda deyil, həm də sıralanma turunda uğurla çıxış edərik”.
Şərh əlavə et