Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Ən güclü motorla favorit olmuruq

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, növbəti mövsüm üçün güclü motor hazırlasalar da, bu hal onları əsas favorit etməyəcək. 

Kokpit.az xatırladır ki, 2026-cı ildə həm şassidə, həm də güc qurğusunda böyük dəyişikliklər olacaq. Mühərriklər 100 faiz sintetik yanacaqla işləyəcək və elektirk komponentlərin rolu daha da artacaq. Red Bull komandasının sabiq rəhbəri Kristian Horner də bu dəyişiklikləri isman tarixindəki ən böyük inqilablardan biri adlandırmışdı.

Bəzi iddialara görə Mercedes yeni dövrə ən yaxşı motorlarla başlayacaq.

Corc Rassell: “Qətiliklə deyim ki, mühərriklərimizə çox inanıram. Son 10-15 ildə Mercedes peletondakı ən yaxşı motora sahib olub. Bəlkə də 2019-cu il xaric… Bunun da öz səbəbləri var idi. V8 dövründə belə Mercedes motorları peletondakı ən rəqabətədavamlı motorlar idi. Buna görə də komandaya çox inanıram.

Biz Mercedes F1 komandası olaraq bunun fərqindəyik: McLaren və Alpine eyni motora sahib olacaq. Williams da artıq güclənir. Buna görə də güclü motorumuz və Petronas ilə yaxşı yanacağımız var deyə biz birbaşa favorit sayılmırıq. Çünki peletonda sizin motorunuzdan istifadə edən başqa komandalar var”.

Rauf Hacıyev

Şərh əlavə et