Xəbəri Kokpitdə Oxuyun!

K.Sayns: Bakıda sürprizlər mümkündür

Williams komandası Bakıda keçiriləcək mərhələni optimistliklə gözləyir. Hədəf Montsadakı uğurlu çıxışdan sonra Mühəndislər Kubokundakı beşinci yeri möhkəmləndirməkdir.

Kokpit.az xatırladır ki, britaniya təmsilçisi Montsada komanda olaraq sıralanma turunun ikinci sessiyasında uduzsa da, yarış tempinə görə yarışdan 6 xalla ayrıla bilmişdi.

Karlos Sayns: “Bakıda yarışın nəticəsini proqnozlaşdırmaq mümkün deyil, bu trasda hər zaman sürprizlər mümkündür.
Biz maşınımızda müxtəlif şəraitlərdə təkərlərin davranışını qiymətləndirmək üzərində ciddi işlədik. Görək bu, sıralanma turunun nəticəsinə necə təsir edəcək. Bilirik ki, sürətimiz var, indi maksimum nəticə əldə etmək lazımdır”.

Aleks Elbon: “Montsadakı uğurlu çıxışdan sonra yaxşı əhval-ruhiyyə ilə Bakıya gəlirik. Bu trasda yarışmaq mənim xoşuma gəlir, burada sıralanma turuna yaxşı hazırlaşmaq üçün sürəti tədricən artırmaq lazımdır.

Bakıda ötmə üçün yaxşı imkanlar var, buna görə də planımız həm şənbə, həm də bazar günündən maksimum yararlanmaq və çempionatda 5-ci yer uğrunda mübarizəni davam etdirməkdir”.

Rauf Hacıyev

Şərh əlavə et