2023-cü ilin oktyabrında FIA Andretti-nin Formula 1-də iştirak üçün müraciətini təsdiqləmişdi, lakin Liberty Media on birinci komandanın debütünün əleyhinə çıxmışdı. Hər şey yalnız layihəyə amerikalı avtomobil nəhəngi General Motors qoşulduqdan və komanda Cadillac adlandırıldıqdan sonra dəyişdi.
Formula 1-in icraçı direktoru və prezidenti Stefano Domenicali Liberty Media-nın yeni komanda layihəsinə münasibətinin necə dəyişdiyini izah edib: «Biz həmişə deyirdik ki, Liberty Media üçün əsas məsələ orta və uzunmüddətli perspektivdə nə qədər keyfiyyətli məhsul əldə edəcəyimizdir. Andretti layihəsini görəndə bizim mövqeyimiz mənfi oldu. Mario Andretti pis insan olduğuna görə yox – o, idman əfsanəsidir və dostumuzdur. Sadəcə olaraq, layihədə bizim vacib hesab etdiyimiz məzmunu görmədik.
Vəziyyət General Motors-un gəlişi ilə dəyişdi. Onların 10 illik plan çərçivəsində böyük investisiyalarını gördük və dərhal müsbət yanaşdıq. Çünki hesab edirik ki, bu halda layihə çempionata əlavə dəyər gətirə bilər.
Biz bunu indi də görürük. Onlar ABŞ bazarına investisiya yatıraraq öz təşəbbüslərini tanıdırlar. Deməli, yeni komandanın meydana çıxması mütləq fayda gətirəcək”.
Şərh əlavə et