Xəbəri Kokpitdə Oxuyun!

O.Piastri: Azərbaycan həyatımın ən yaxşı yarışlarındandır

McLaren komandasının sürücüləri Lando Norris və Oskar Piastri Azərbaycan Qran Prisinə yalnız bir məqsəd üçün gəlirlər – qələbə!

Oskar Piastri keçən il Azərbaycan Qran Prisində qələbə qazanmışdı. McLaren-in avstraliyalı sürücüsü bu həftəsonu da eyni uğuru təkrarlamağa çalışacaq. Onun komanda yoldaşı Lando Norris də yüksək nəticəyə iddialıdır. Üstəlik, McLaren  Bakıda Mühəndislər Kubokunu təmin edə bilər.

Lando Norris: “Bakı trasına qayıtmağı səbirsizliklə gözləyirəm. Şəhər trasları tamamilə fərqli çətinliklər yaradır və sükan arxasına keçib özümü sınamağı səbirsizliklə gözləyirəm. Növbəti qələbəyə maksimum hazır olmaq üçün Vokinqdəki bazada çox çalışdım.

Oskar Piastri: “Keçən il Bakıda keçirdiyim yarışla bağlı yalnız gözəl xatirələrim var. Hesab edirəm ki, bu, həyatımın ən yaxşı yarışlarından biri idi və yüksək nəticə qazandığın trasda yenidən yarışmaq həmişə xoşdur. Mənim yeganə məqsədim – bu həftəsonu ötənilki nəticəni təkrarlamaqdır. Hazırda çempionatda liderəm və öz sürüşümdən çox razıyam”.

Andrea Stella, komanda rəhbəri: “Azərbaycana yollanmadan əvvəl mürəkkəb və proqnozlaşdırılması çətin şəhər yarışına hazırlaşdıq. Bakı – texniki baxımdan çətin trasdır, sürücülərdən pilotajda maksimum dəqiqlik tələb edir.

Bakı bizim üçün xüsusi əhəmiyyət daşıyır – çünki ötən il burada Mühəndislər Kubokunda liderliyə yüksəldik, Oskar isə möhtəşəm qələbə qazandı. Rəqiblərlə mübarizə çox gərgindir, amma biz öz tapşırıqlarımıza fokuslanmışıq və qarşıdakı həftəsonuna tam hazırıq”.

Rauf Hacıyev

Şərh əlavə et