Mərkəz rəsmi olaraq 3 sentyabr tarixindən etibarən Milli Gimnastika Arenasında minlərlə əməkdaş, könüllü, marşal, təhlükəsizlik işçisi və podratçı nümayəndələrini qəbul edir.
Burada iştirakçılara yarış günlərində istifadə ediləcək akkreditasiya kartları və xüsusi uniformalar təqdim olunur. Mərkəzin işinin səmərəli təşkili üçün Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən bütün zəruri şərait yaradılıb.
Hazırda UAC-da 140-dan çox könüllü fəaliyyət göstərir. Onlar qeydiyyat, akkreditasiyaların hazırlanması, uniformaların paylanması və məlumatların idarə olunması proseslərinə cavabdehdirlər. Könüllülərin bu dəstəyi sayəsində yarış günlərinə qədər bütün işçi heyəti lazımi təchizatla təmin olunacaq.
Qeyd edək ki, Bakı bu il artıq 9-cu dəfə Formula 1 Qatar Airways Azərbaycan Qran Prisinə ev sahibliyi edəcək. 19–21 sentyabr tarixlərində paytaxtımızın küçələri yenidən mühərriklərin gurultusu ilə canlanacaq və şəhər böyük sürət festivalına çevriləcək.
Şərh əlavə et