Red Bull Bakıda tempini davam etdirə biləcək?

Red Bull Bakıda tempini davam etdirə biləcək?
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Red Bull Racing komandası İtaliya Qran Prisində nümayiş etdirdiyi üstün performansdan sonra indi gözlərini Azərbaycan Qran Prisinə çevirib. Komanda, aşağı asfaltayatma qüvvəsi paketində əldə etdiyi üstünlüyü Bakının uzun düzlük və dar küçə kombinasiyasında sınayacaq.

Maks Ferstappen Montsada McLaren-lərə böyük fərq ataraq qazandığı inamlı qələbədən sonra təəccüblənmişdi. Bu nəticə yeni suallar ortaya çıxardı: Red Bull-un sürəti yalnız Montsa üçün keçərli idi yoxsa mövsümün qalan hissəsində də onlar güclü olacaqlar?

Komanda rəhbəri Loren Mekis Montsa üçün xüsusi yeniliklər hazırladıqlarını və yeni altlıqla birlikdə aerodinamik paketdə ciddi inkişaf əldə olunduğunu bildirib. Lakin o, bu performansın Bakıda da təkrarlanıb-təkrarlana bilməyəcəyini görmək üçün gözləmək lazım olduğunu deyib.

Maks Ferstappen də eyni fikirdədir: “Montsa aşağı asfaltayatma qüvvəsi tələb edən  trasdır. Bizim maşın bu şəraitdə daha rəqabətədavamlı görünür. Bu, hər həftə sonu zirvədə olacağımız mənasına gəlmir”.

Red Bull-un yeni yanaşmasının diqqətçəkən tərəfi yalnız simulyasiya məlumatlarına deyil, sürücü geribildirimlərinə də daha çox əhəmiyyət verilməsi olub.

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bu barədə deyib: “Artıq yalnız simulyasiyaya baxmırıq. Maksın təcrübəsini və mühəndislərin baxışını birləşdiririk”.

Texniki direktor Pyer Vaşe də bunu təsdiqləyib: “Zandfortda doğru istiqaməti tapmışdıq, amma oradakı yüksək asfaltayatma qüvvəsi bizim üçün əlverişli deyildi. Montsada paketi daha yaxşı optimallaşdırdıq. İndi isə Bakıda nəticəsini görəcəyik”.

Bakının uzun düzlük hissələri Red Bull üçün üstünlük sayılsa da, trasın enişli-yoxuşlu təbiəti və dar şəhər küçələri komandanın zəif tərəflərini üzə çıxara bilər. Buna baxmayaraq Helmut Marko yenə də nikbindir: “Əgər sürətimizi qoruyub saxlaya bilsək, əksər traslarda rəqabətədavamlı olarıq. Sinqapur hələ də bizim üçün çətindir, amma Bakıda ümidliyəm”.

Red Bull Montsadakı tempini Bakıya da daşıya bilsə, mövsümün qalan hissəsində yenidən titul uğrunda mübarizəyə qayıda bilər. Bununla belə, McLaren-in davamlı yüksək tempi Ferstappen və komandasını ehtiyatlı olmağa məcbur edir.

Bunları da oxuyun

Şərh əlavə et