Gələcəkdə 10 sprint yarışı ola bilər

Gələcəkdə 10 sprint yarışı ola bilər
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Formula 1-də sprint yarışı formatı getdikcə daha çox dəstək qazanır və 2027-ci ildən etibarən təqvimdə 10-a yaxın sprint həftəsonunun keçirilməsi müzakirə olunur.

Sprint yarışı ideyası ilk dəfə 2021-ci il mövsümündə, azarkeşlərə daha çox həyəcan təqdim etmək məqsədilə tətbiq olunmuşdu. İlk illərdə cəmi 3 yarışla sınaqdan keçirilən format, 2023-dən etibarən 6 sprint yarışı ilə genişləndirildi. Hazırda 24 Qran Pridən yalnız dörddə biri sprint həftəsonuna ev sahibliyi etsə də, həm azarkeşlərin, həm də sürücülərin marağı artdıqca formatın davamlılığı güclənib.

Promoterlərin baxışı

• Ostin COTA trasının rəhbəri Bobbi Epştayn sprintlərin bilet satışını birbaşa artırmadığını qəbul etsə də, tamaşaçılar üçün əlavə dəyər qatdığını vurğulayıb: “Satışlara təsiri az olsa da, izləyiciyə daha çox kontent təqdim edir. Əsas məsələ həftəsonunu daha əyləncəli etməkdir”.

• Mayami Qran Prisinin təşkilatçısı Tayler Epp isə əvvəlcə şübhə ilə yanaşdığını, lakin 2024-dəki ilk sprintdən sonra fikrinin dəyişdiyini söyləyib. Onun sözlərinə görə, həmin yarışda şənbə günü tribunadakı azarkeş sayı nəzərəçarpacaq dərəcədə artıb.

FIA və rəhbərlikdən baxış

Formula 1-in baş icraçı direktoru Stefano Domenikali, sprintlərin gələcəkdə daha da artacağını bəyan edib: “Bəzi köhnə azarkeşlər istisna olmaqla, hamı sprint həftəsonu istəyir. Promoterlər də tələb edir, sürücülər də maraqlıdır. Bu, mədəniyyətin bir hissəsinə çevriləcək. MotoGP-dəki kimi hər yarışda sprint olmaz, amma 2027-ci ildə 10 yarış realdır”.

Domenikali həmçinin tərs start düzülüşü və ya qısaldılmış əsas yarış məsafəsi kimi ideyaları da gündəmə gətirib. Bunlar hələlik konkret addım olmasa da, gənc auditoriyaya yönəlmiş format dəyişiklikləri müzakirələri sürətləndirib.

Epştayn isə F1-in ənənələrini qorumaqla yeni nəsil izləyiciləri cəlb etmə arasında tarazlığı tapmalı olduğunu deyib: “Stefano bunu çox yaxşı bacarır. İdmanı yeniləyir, amma köklərinə toxunmur. Ona görə də qəbul ediləcək hər qərarı dəstəkləyirik”.

Bunları da oxuyun

Şərh əlavə et