Rosberq Həmiltonun Ferrari-yə keçidindən danışıb

Rosberq Həmiltonun Ferrari-yə keçidindən danışıb
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Formula 1 üzrə 2016-cı ilin Dünya Çempionu Niko Rosberq sabiq komanda yoldaşı Lyuis Həmiltonun Ferrari-yə keçidinin səbəbini açıqlayıb.

Niko Rosberq Lyuis Həmiltonun Mercedes-dən Ferrari-yə keçidinin gözəgörünməz səbəbini açıqlayıb. 2016-cı ilin dünya çempionunun sözlərinə görə, bu səbəb mövsüm ərzində sürücünün iştirak etməli olduğu sponsor tədbirlərinin sayıdır. Mercedes-də onların sayı ildə altmışa qədər yüksəlirdi, Ferrari-də isə dəfələrlə azdır.

Niko Rosberq: “Mənim bu barədə danışmağım düzgün deyil, amma sürücülər üçün sponsor tədbirlərində iştirak – bu bir əzabdır. Mənə cavab verə bilərlər: “Sus, sənə bu qədər pul verirlər, etməli olduğun şey sadəcə sponsor tədbirinə getmək, bir neçə nəfərlə əl sıxmaq və bir neçə şəkil çəkdirməkdir”. Amma mən israr edirəm ki, bu, həqiqətən də ağrılıdır.

Lyuisin Ferrari-yə keçidinin səbəblərindən biri məhz sponsor tədbirlərində iştirak – daha dəqiq desək, onların sayının azalmasıdır. Ferrari-nin brendi o qədər güclüdür ki, onlar sürücüləri reklam aksiyalarına cəlb etməmək imkanına malikdirlər.

Mən eşitmişəm ki, vaxtilə Sebastyan Fettel ildə cəmi on sponsor günü işləməli idi. Bu isə xüsusilə karyeranın sonuna yaxın olduqca dəyərlidir. Aydındır ki, bu, Lyuisin Ferrari-yə keçmək qərarının əsas səbəblərindən biri olub”.

Bunları da oxuyun

Şərh əlavə et