Bakı küçələri pik saatlarda açıq olacaq!

Bakı küçələri pik saatlarda açıq olacaq!
2PW27B5 16 LECLERC Charles (mco), Scuderia Ferrari SF-23, action during the Formula 1 Azerbaijan Grand Prix 2023, 4th round of the 2023 Formula One World Championship from April 28 to 30, 2023 on the Baku City Circuit, in Baku, Azerbaijan - Photo DPPI Credit: DPPI Media/Alamy Live News
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Bakı küçələri bu il də yarış həftəsində səhər və axşam saatlarında açıq olacaq. 19–21 sentyabr tarixlərində keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi 2025 çərçivəsində paytaxt küçələrinin müəyyən hissələri nəqliyyat üçün istifadəyə veriləcək.

Şəhər sakinlərinin rahatlığı üçün tranzit dəhlizlər bu il də fəaliyyət göstərəcək.  Beləliklə, 15–17 sentyabr tarixlərində səhər saat 07:00–09:00 və axşam saat 18:00–20:00-da, 18 sentyabrda isə səhər 07:00–09:00 və axşam 20:00–22:00-da trekin bəzi hissələrindən nəqliyyat vasitələrinin hərəkəti mümkün olacaq.

Giriş nöqtələri:

● Salyan şosesindən → Neftçilər prospekti və Azneft dairəsi
● M. Lermontov küçəsindən → BMT-nin 50 İlliyi küçəsi və İstiqlaliyyət
● S. Vurğun küçəsindən → Ü. Hacıbəyli küçəsi və Bülbül prospekti
● Bülbül prospektindən → Xəqani küçəsi və Neftçilər prospekti
● Nizami və Puşkin küçələrinin kəsişməsindən → Xəqani küçəsi

Çıxış nöqtələri:

● Neftçilər prospektindən → Bakı Dəniz Limanı və Crescent Mall
● İstiqlaliyyət küçəsindən → Azərbaycan prospekti
● Neftçilər prospektindən → Azneft dairəsi və Dəniz Mall

Bu yollar yalnız tranzit məqsədilə nəzərdə tutulur, dayanma və parklama qadağandır.

Xatırladaq ki, Bakı Formula 1 üzrə nadir şəhər traslarından biridir ki, yarış həftəsində belə pik saatlarda yollar açılır. 2024-cü ildə isə yarışdan sonra Bakı rekord sürətlə əvvəlki ritminə qayıdıb və cəmi 16 saata qoruyucu baryerlərin 60%-i sökülərək ərazidən çıxarılıb və şəhər bir gün ərzində tam bərpa olunub.

Beləliklə, həm yarışın təşkili, həm də şəhər sakinlərinin gündəlik rahatlığı paralel şəkildə təmin edilir.

Bunları da oxuyun

Şərh əlavə et