Xəbəri Kokpitdə Oxuyun!

K.Nikolas tənqidçilərə sərt cavab verib

Red Bull komandasının sabiq baş mexaniki İtaliya yarışında səhv edən McLaren mexaniklərini müdafiə edib.

Fevral ayında Red Bull Racing-in baş mexaniki vəzifəsindən ayrılan Kalum Nikolas artıq yarışlara getmir – o, Red Bull-un səfiri olub və mexanik həyatından bəhs edən kitab yazıb.

Lakin Montsada McLaren-in pit-stopdakı səhvindən sonra sosial şəbəkələrdə komanda əməkdaşlarına yönələn tənqidlərə Kalum biganə qalmayıb. İctimaiyyətdə yayılan “mexaniklər 30 saniyəlik iş üçün böyük pullar qazanırlar” ittihamlarına o, sərt cavab verib

Kalum Nikolas: “Bax buna görə də paddokdakı insanların çoxu sosial şəbəkələrdə ünsiyyət qurmur. Bu, tamamilə cəfəngiyatdır. Çox utandırıcıdır.

F1 texniki personalının orta illik maaşı təxminən 60 min funt təşkil edir, amma onların həftəlik iş saatı 70-i keçir. Əksəriyyəti ekonom-klass ilə uçur və heç kim pit-stop işinə görə əlavə ödəniş almır”.

Rauf Hacıyev

Şərh əlavə et