2019-cu ildə nənəsinin vəfatından sonra Elkan, qardaşı və bacısı ilə birlikdə təxminən 800 milyon avro dəyərində miras əldə etmişdi. Məhz bu mirasla bağlı suallar İtaliyada vergi orqanlarının diqqətini çəkmiş və nəticədə vergi fırıldağı ittihamı üzrə iş açılmışdı.
Elkan yalnız maliyyə öhdəliyini deyil, həm də bir il ictimai işlərdə çalışmağı qəbul edib. İndi məhkəmə bu işlərin hansı formada icra olunacağına qərar verəcək.
Qeyd edək ki, Con Elkan Formula 1-də ən nüfuzlu fiqurlardan biridir. O, təkcə Ferrari-yə rəhbərlik etmir, həm də dünyanın ən böyük avtomobil istehsalçılarından biri olan Stellantis-in Direktorlar Şurasının sədridir. Bu konsernə Abarth, Alfa Romeo, Chrysler, Citroën, Dodge, Fiat, Jeep, Maserati, Opel, Peugeot, RAM və digər markalar daxildir.
Şərh əlavə et