2026-cı ildən etibarən Formula 1-də 11-ci komanda – Cadillac çıxış edəcək. İdmanın rəhbəri Stefano Domenikali hesab edir ki, bu, kifayət qədərdir və əlavə iştirakçılar yalnız mövcud komandaların alınması yolu ilə gələ bilərlər.
Domenikalinin sözlərinə görə, F1 artıq logistika baxımından imkanlarının sərhədinə çatıb: “Bu məsələdə ehtiyatlı olmaq lazımdır. Biz yalnız ən ciddi və əhəmiyyətli təklifləri dəyərləndirəcəyik, çünki mənim fikrimcə, artıq limitə çatmışıq. Logistika baxımından da biz mümkün olanın sərhədindəyik”.
O, həmçinin investorların hazırkı komandaları almaqda maraqlı olduqlarını vurğulayıb: “Komandaların dəyəri sürətlə artır, buna paralel olaraq F1-ə maliyyə marağı da yüksəlir. Məhz buna görə işlər yaxşı gedərkən biz diqqətli olmalı və qurduğumuz dəyəri qorumağa çalışmalıyıq”.
Şərh əlavə et