Xəbəri Kokpitdə Oxuyun!

Montsada təkər testləri davam edir

İtaliya Qran Prisindən cəmi bir gün sonra dörd komanda Montsa avtodromunda Pirelli-nin 2026-cı il üçün hazırladığı prototip təkərlərini test edib.

Red Bull Racing – səhər Maks Ferstappen, günün ikinci yarısında isə Yuki Tsunoda RB19-un modifikasiya olunmuş versiyasında trasa çıxıb.

Aston Martin – Felipe Druqoviç cari mövsümün AMR25 bolidində çalışıb.

Williams – Karlos Sayns FW47 ilə iştirak edib.

Racing Bulls – Ayzek Hacar 2024-cü il bolidi VCARB01-də dövrələr vurub.

Hava proqnozunda güclü külək və ildırım çaxması gözlənildiyi üçün ilk günün proqramı dəyişdirilib – əsas məqsəd gələn il üçün quru hava tərkiblərinin yekun qiymətləndirilməsi idi.

Komandalar əsasən Soft tərkiblərlə işləyiblər:

  • Racing Bulls və Williams – C4, C5, C6
  • Red Bull və Aston Martin – C3

Əvvəlcə sürətli dövrələr atılıb, sonra isə yarış tempində yeyilmə dəyərləndirilib.

Test nəticələri (1-ci gün):

  1. Karlos Sayns – Williams – 1:22.388 (49 dövrə)
  2.  Felipe Druqoviç – Aston Martin – 1:23.792 (118 dövrə)
  3. Yuki Tsunoda – Red Bull – 1:23.826 (63 dövrə)
  4. Ayzek Hadjar – Racing Bulls – 1:23.951 (65 dövrə)
  5. Maks Ferstappen – Red Bull – 1:24.117 (59 dövrə)

Testlər bu gün də davam edəcək, lakin hava şəraiti həlledici olacaq:

Əgər yağış yalnız səhər yağarsa, günortadan sonra quru təkər testləri yalnız Racing Bulls və Williams tərəfindən davam etdiriləcək.

Əgər yağış günün ikinci yarısında da davam etsə, amma çox güclü olmasa, Pirelli keçid  və yağış tərkiblərini sınayacaq.

Rauf Hacıyev

Şərh əlavə et