İtaliya Qran Prisində Racing Bulls komandasının sürücüləri fərqli nəticələr əldə ediblər. Ayzek Hacar yarşa pit yolundan start götürsə də, finişdə 10-cu yeri tutaraq xal qazanıb. Liam Louson isə 14-cü yerdən o yana gedə bilməyib.
Ayzek Hacar: “Mən çox xoşbəxtəm. Fikrimcə, bu yarışda maksimum nəticəni əldə etdim. Maşınımız sürətli idi, uğurlu strategiyanı yaxşı temp ilə tamamladıq. Startdan əvvəl düşünürdüm ki, DRS qatarında ilişib qalacağam, amma önüm açıq olanda Hard təkərlərin potensialını effektiv formada istifadə edə bildik.
Yarış maraqlı keçdi, sanki hər dövrəni təsnifat tempində gedirdik, ancaq təkərlərdə yeyilmə yox idi. Uğursuz təsnifat və pit yolundan startdan sonra bu xal tamamilə qazanılmış nəticədir. İki həftə sonra Bakıda sükan arxasına qayıtmağı səbirsizliklə gözləyirəm”.
Liam Louson: “Son yerlərdən start verdiyim üçün yarış çətin keçdi. Strategiya ilə irəliləməyə çalışdıq, risk etdik, lakin nəticə vermədi. Bir neçə sürücü yeni təkərlərlə önə keçdi və mən onların arxasında ilişib qaldım.
Çox məyusam, çünki maşın sürətli idi, amma potensialını tam istifadə edə bilmədim. Hər şey göründüyü qədər pis deyil, iki həftə sonra Bakıda vəziyyəti dəyişməyə çalışacağıq”.




Şərh əlavə et