Xəbəri Kokpitdə Oxuyun!

Sabiq F1 pilotu saxlanılıb

2001-ci ildə Fernando Alonsonun ilk komanda yoldaşı olan keçmiş Formula 1 sürücüsü Tarso Markes Braziliyada saxlanılıb. Ona qarşı ittiham – lüks avtomobilə qanunsuz sahiblikdir.

Braziliyalı sabiq pilot San-Paulu küçələrində nömrəsiz Lamborghini Gallardo idarə edərkən polis tərəfindən saxlanılıb. Yoxlama zamanı məlum olub ki, avtomobilə görə 1,3 milyon real (təxminən 239 min ABŞ dolları) borc ödənilməyib. Bu səbəbdən də avtomobil müsadirə olunub, sürücü isə həbs edilib.

Tarso Markes Formula 1-də cəmi bir mövsüm – 2001-ci ildə Minardi komandasında çıxış edib. Həmin vaxt komanda yoldaşı Fernando Alonso ilə birlikdə xal qazana bilməsələr də, braziliyalı sürücü Braziliya və Kanadada qazandığı iki 9-cu yer sayəsində çempionatda ispaniyalıdan öndə qərarlaşıb.

F1-də əsas sürücü karyerası başa çatdıqdan sonra Markes bir müddət ehtiyat və test-pilot çıxış edib, daha sonra Braziliyada kuzov yarışlarında yarışıb və 2018-ci ildə idmandan ayrılıb.

Rauf Hacıyev

Şərh əlavə et