C.Əllison: 2026-da aerodinamika vacib olacaq

C.Əllison: 2026-da aerodinamika vacib olacaq
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Mercedes komandasının texniki direktoru Ceyms Əllison 2026-cı ildə qüvvəyə minəcək qaydalar və Braklidəki kollektivin qarşılaşacağı çətinliklər barədə danışıb.

Britaniyalı mühəndis bildirib ki, performans hələ də əsasən təkərlərlə məhdudlaşacaq və güc qurğusunun əhəmiyyəti şassi və aerodinamikadan sonra ikinci dərəcəli faktor olacaq.

Ceyms Əllison:  “Bəzi şeylər daha yaxşı olacaq. Düzlüklərin sonunda çox yüksək mühərrik yükləri kimi mənfi hallar aradan qalxacaq. Artıq düzlüklərin sonunda daha balanslı yüklənmə olacaq və bu da hər kəs üçün faydalıdır”.

2026-cı ildən etibarən Formula 1-də böyük dəyişikliklər qüvvəyə minəcək. Güc vahidində daxiliyanma mühərriki ilə elektrik mühərriki 50/50 nisbətində güc paylayacaq. Bundan əlavə, aktiv aerodinamika sistemi sayəsində ön və arxa qanadlarda hərəkətli elementlər bolidlərin aşağı sürtünmə və yüksək asfaltayatma qüvvəsi rejimləri arasında keçid etməsinə imkan verəcək.

Əllison bunların arasında ən çətin tapşırığın şassi və aerodinamikanı idarə etmək olduğunu desə də, əsas məhdudiyyətin yenə də təkərlər olacağını vurğulayıb: “Daha kiçik təkərlər sürtünməni azaldacaq, amma bu, eyni zamanda təkərlərin daha çox işləməsi deməkdir. Üstəlik, təkər isidicilərinin ləğvi də əlavə çətinlik yaradacaq. Qaydalar tələb edir ki, artıq çox aşağı temperaturda, isidicilərsiz işləyək. Bu halda Pirelli elə tərkib hazırlamalıdır ki, mövcud təkərlərdən fərqli olaraq daha soyuq şəraitdə də performans göstərə bilsin”.

Əllison sözlərini belə yekunlaşdırıb: “Bəzi aspektlərdə inkişaf olacaq, amma gələn il də təkərlər bu il olduğu qədər kritik olacaq”.

Bunları da oxuyun

Şərh əlavə et