FİA 400 km/saata icazə vermir

FİA 400 km/saata icazə vermir
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Mercedes komandasının rəhbəri Toto Wolff, 2026-cı ildən etibarən istifadəyə veriləcək yeni nəsil Formula 1 bolidlərinin tam gücdə 400 km/saat sürətə çata biləcəyini bildirib. Lakin FIA-nın tətbiq etdiyi hibrid məhdudiyyətləri bu sürətlərin gerçəkləşməsinə imkan verməyəcək.

Yeni texniki qaydalar ətrafında qarışıqlıq davam edir. FIA, həm rəqabət balansını qorumaq, həm də xüsusilə Montsa kimi yüksək sürət tələb edən, lakin enerji bərpası imkanları məhdud olan traslarda uyğunluq təmin etmək üçün qaydaları yeniləyir.

“Sürət məbədi” adlanan Montsada yeni bolidlərin hibrid gücünü tam şəkildə istifadə edə bilməyəcəyi görünür. Səbəb isə trasda az sayda əyləc nöqtələrinin olmasıdır. Komandaların FIA məlumatlarına əsasən apardığı simulyasiyalara görə, Montsada hər dövrədə maksimum 5 MJ enerji bərpa edilə bilər. Digər traslarda isə bu göstərici 9 MJ-ə qədər yüksəlir.

Bu səbəbdən pilotlar uzun düzlük sonlarında ayaqlarını qazdan çəkməyə məcbur qalacaqlar. Yəni maşını sürüşməyə buraxaraq batareyalarda kifayət qədər enerji saxlamalı olacaqlar. Çünki yeni güc qurğularında elektrik gücü ümumi gücün 50 faizini təşkil edir.

Toto Volff isə açıqlamasında bunları demişdi: “2026-cı ildə bütün güc ortaya çıxdıqda bolidlər 400 km/saat sürətə çatacaqlar”.

Ancaq bu açıqlamanın daha çox yay fasiləsi manşeti yaratdığı bildirilir. Çünki nəzəri cəhətdən min at gücü davamlı aktiv olduqda bu sürət mümkündür, amma FIA buna icazə verməyəcək.

Qaydalara əsasən, hibrid dəstək 280 km/saatdan etibarən azalmağa başlayacaq və 345 km/saatda tamamilə sıfırlanacaq. Hətta FIA bəzi traslarda bu məhdudiyyəti daha da sərtləşdirmək hüququna sahibdir.

Texniki direktor Nikolas Tombazis rəhbərliyində hazırlanan yeni qaydaların məqsədi isə bolidlərin maksimum sürətini hazırkı səviyyələrdə saxlamaqdır – yəni təqribən ±5 km/saat çərçivəsində.

Yekun olaraq: Kağız üzərində 400 km/saat mümkün görünür, amma FIA-nın hibrid məhdudiyyətləri səbəbindən tras üzərində bu sürətlərə çatmaq real deyil.

Bunları da oxuyun

Şərh əlavə et