Mövsümün sonuna on yarış qalmış Ferrari hələ də ilk dördlükdə yeganə qələbəsiz komandadır. F1 TV eksperti və keçmiş F1 pilotu Colion Palmer hesab edir ki, bu vəziyyət hələ dəyişə bilər.
Colion Palmer: “Kanada mərhələsindən sonra demişdim ki, Ferrari bu il mütləq bir yarış qazanacaq. Hələ də bu fikirdəyəm, çünki qarşıda onların maşınına uyğun traslar var.
Macarıstanda sürətli idilər, sadəcə, bolid hündürlüyünün çox aqressiv sazlanması üzündən yarışda çətinlik yaşadılar. Amma bu yanaşma onların sürəti axtarışında risk etməyə hazır olduqlarını göstərdi. Şarl Lekler orada poul qazandı. Halbuki nəzəri olaraq o tras Ferrari-yə uyğun deyildi.
Zandfortda sürətli olacaqlarını düşünmürəm. Mənim gözləntim Montsa və Sinqapurdur, çünki həmin traslarda yavaş döngələr çoxdur və Ferrari üçün real qələbə şansı yaranacaq”.
Şərh əlavə et