Yaqub Əliyev Motorsport Triatlonda üçüncü olub

Yaqub Əliyev Motorsport Triatlonda üçüncü olub
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Ukraynanın Müstəqillik Gününə həsr olunan Motorsport Triatlon yarışı başa çatıb. Təmsilçimiz Yaqub Əliyev ümumi yarışda üçüncü yeri tutub.

Kokpit.az xatırladır ki, burada yarışçılar virtual Phoenix Speedway trasında üç fərqli seriyada – GT, NASCAR və Formula 4-də yarışıblar.

Təmsilçimiz Yaqub Əliyev GT yarışına dördüncü yerdən başlayıb. O, yarışı üçüncü yerdə aparsa da, rəqibi Samir Kadduro onu arxadan vurub və altıncı yerə qədər geriləyib. Buna baxmayaraq, Yaqub GT yarışını beşinci yerdə bitirib.

Daha sonra sürücülər güclərini NASCAR yarışında sınayıblar. Yaqub bu yarışı ikinci yerdən başlayıb. Gənc sürücümüz burada sıralanma turunda pouldan sadəcə 0.001 saniyə geridə qalıb. O, yarış ərzində gərgin mübarizə aparıb və finiş xəttini başladığı kimi – ikinci yerdə bitirib.

Nəhayət pilotlar Formula 4 maşınının sükanı arxasına keçiblər. Yaqub Əliyev çətin sıralanma turu keçirərək, 12-ci yeri tutub. Lakin o, yarışda əzmkarlıq göstərərək, yaxşı geridönüş edib və finiş xəttini altıncı yerdə keçib.

Beləliklə, Yaqub ümumi turnirdə 122 xal toplayaraq,  üçüncü yeri tutub. Birinci yeri 143 xalla Qustas Qrinberqas, ikinci yeri isə 129 xalla Hakon Yokulsson tutub.

Beləliklə, Azərbaycan Avtomobil Federasiyasının dəstəyi ilə yarışan Yaqub Əliyev bu mötəbər turnirdən ölkəmizə bürünc medal gətirib. Kokpit.az saytı olaraq 21 yaşlı pilotumuzu təbrik edirik.

Bunları da oxuyun

Şərh əlavə et