Dünyanın ən böyük Bugatti Şourumu ilə tanışlıq

Dünyanın ən böyük Bugatti Şourumu ilə tanışlıq
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Bugatti deyəndə ağla sürət və rekordlar, lüks və ekstravaqant dizayn, avtoidman irsi, prestij və əlçatmazlıq gəlir.

Bir dövrlər Bakıda Bugatti görmək fövqəl bir hadisə sayılırdı. Amma Nazar Holdings-in səyləri nəticəsində bu ilin fevralından etibarən ölkəmizdə Bugatti-nin şourumu var. Biz də Kokpit.az saytı olaraq, bu möhtəşəm brendin paytaxtımızdakı müasir formada dizayn olunmuş satış mərkəzini ziyarət etdik.

Şouruma daxil olduqda biz burada heç bir maşının olmadığını müşahidə edirik. Mərkəzin nümayəndəsi bu halı belə izah edir: “Bugatti lüks avtomobildir. Əksəriyyəti sifarişlə gəlir. Buna görə də biz buraya avtomobil gətirmirik. Almaq istəyən müştərilər  modeli, rəngini, interyerini seçir və biz də o sifarişə uyğun olaraq gətiririk”.

Əvəzində biz şouruma daxil olan kimi Bugatti Chiron-un 8 litr həcmli W16 mühərriyi ilə qarşılaşırıq. Bu mühərriyin möhtəşəmliyi insanı sadəcə özünə heyran qoyur.

Daha sonra biz burada Bugatti-nin Merçandayz məhsullarını görürük. Burada Bugatti loqotipli eynəklər, köynəklər, gödəkçələr, çantalar, stəkanlar, əlcəklər, maketlər başqa atributlar bizi qarşılayır. Bu möhtəşəm və lüks avtomobilləri ala bilməyən insanlar rəsmi merçandayzlardan alaraq, qurdlarını öldürə bilərlər.


Növbəti otağa keçəndə bizi xoş bir sürpriz gözləyir – Bugatti Baby II Type 35 Centenary Edition Honors 100 Years Of The Bugatti Type 35.

Bu avtomobil şourumun ən gözəl detalıdır, çünki bu model 1924-cü ildə istehdsal edilmiş Bugatty Type 35-in 75 faiz miqyaslı elektrik nüsxəsidir. Bu maşının digər möhtəşəm xüsusiyyəti isə cəmi 6 ədəd istehsal olunmasıdır. O 6 ədəddən biri isə paytaxtımızda yerləşən Dünyanın ən böyük Bugatti şourumundadır. Avtomobil 13 at gücündədir və maksimum sürəti 70 km/saatdır.

Şourumun sonu isə artıq Bugatti alıcılarını maraqlandıran bölmədən ibarətdir. Biz burada kataloqlar görürük. Müştərilər burada alacağı maşının və salonunun rəngini, materialını seçə bilirlər.

Beləliklə, ən lüks avtomobil brendlərindən sayılan Bugatti-nin bütün dünya üzrə ən böyük şourumunu sizə təqdim etdik. Sizə buradan avtomobil almağı arzu edirik. Növbəti yenilikləri görmək üçün saytımızı izləyin.

 

Bunları da oxuyun

Şərh əlavə et