Formula 1 həmişə müəllif hüquqlarının qorunmasına ciddi nəzarət edir. Televiziya şirkətlərinə və atribut satıcılarına lisenziyalar satır, “piratları” izləyib ciddi şəkildə cərimələyir. Lakin FOM rəhbərliyini xüsusilə narazı salan məqam odur ki, belə məhsullar birbaşa Formula 1-in özü tərəfindən təşkil olunan və maksimum gəlir gözlənilən Las-Veqas Qran Prisi zamanı ortaya çıxıb.
FOX5 Las Vegas-ın məlumatına görə, FOM rəhbərliyi Formula 1-in rəsmi simvollarından istifadə edən iki şirkəti məhkəməyə verib. Polis 69 ədəd əşyanı – futbolkalar, kepkalar və digər atributları – müsadirə edib. İttihama əsasən, sahibkarlar minlərlə saxta məhsul alaraq, satışa çıxarıb.
FOM şirkətləri azarkeşlərə qarşı “qəsdən aldadıcı hərəkətlər, fırıldaqçılıq və qeyri-düzgün davranışda” ittiham edir və məhkəmə xərcləri də daxil olmaqla 1 milyon ABŞ dolları məbləğində zərərin ödənilməsini tələb edir. Bundan əlavə, bütün saxta məhsulların məhv edilməsi qərara alınıb.
Şərh əlavə et