Yarışların təşkilatçısı İsveçin milli avtosport federasiyası Svenska Bilsportförbundet olacaq. Bu layihə real yarışlar ilə Esports-un arasında körpü yaratmaq cəhdi kimi qiymətləndirilir. Əlbəttə, kartinq üzrə dünya çempionatının növbəti mərhələsi həftəsonunun əsas tədbiri olacaq, simulyatorlarda keçiriləcək yarışlar isə proqramda dəstək yarışı kimi yer alacaq.
2023-cü ildən etibarən belə yarışlar rəsmi olaraq avtoidman tədbirləri biri kimi tanınıb və FIA-nın Beynəlxalq İdman Məcəlləsinə daxil edilib. Bu yarışlar federasiyanın himayəsi altında beynəlxalq səviyyədə uğurla keçirilir.
FIA-nın başlanğıc səviyyəli yarışlar üzrə direktoru Vinsent Karo bildirib: “Kartinq yarışlarının Esports-la birləşdirilməsi 2025-ci il dünya çempionatının bir hissəsidir. Bu, federasiyanın avtoidmanla məşğul olmaq imkanlarını genişləndirmək istiqamətindəki səylərini nümayiş etdirir.
İsveç federasiyasının iştirakçılar üçün hazırlayacağı bütün avadanlıqlar həftəsonu ərzində işlək vəziyyətdə olacaq. Bu isə o deməkdir ki, virtual yarışlara maraq göstərən azarkeşlər və tamaşaçılar onu pulsuz sınaqdan keçirə biləcəklər.
Belə yanaşma FIA-nın himayəsi altında keçirilən yarışların tamaşaçılar üçün daha da cəlbedici olmasına xidmət edəcək”.
Şərh əlavə et