Liberty Media ilin ikinci rübünün gəlirlərini açıqlayıb

Liberty Media ilin ikinci rübünün gəlirlərini açıqlayıb
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Liberty Media Formula 1 üzrə mövsümün ikinci rübündə əldə edilən gəlirləri açıqlayıb – onlar 1,341 milyard dollara çatıb və bu, amerikalı korporasiyanın dünya çempionatının kommersiya hüquqlarına sahib olduğu dövrdə ikinci ən yüksək rüblük göstəricidir.

Bu rəqəm xüsusilə ilin birinci rübündəki 403 milyon dollarla müqayisədə təsiredici görünür. Gəlirlərin bu qədər sürətlə artması bir neçə amilin birgə təsiri ilə izah edilib: autodromlarla müqavilələr, sponsor gəlirləri, həmçinin F1 The Movie filminin böyük kommersiya uğuru.

Bred Pittin baş rolda çəkildiyi və iyunun sonunda nümayişə girən filmin dünya prokatında artıq təxminən 590 milyon dollar topladığı bildirilir və bu məbləğin artacağı gözlənilir, çünki 22 avqustdan etibarən film rəqəmsal platformalarda yayımlanmağa başlayacaq.

“Bu mövsüm bir neçə komanda və sürücünün çox yüksək səviyyədə çıxış etməsi sayəsində möhtəşəm yarışlarla yadda qalır, – deyə Formula 1-in prezidenti və baş icraçı direktoru Stefano Domenikali bildirib. – Apple Studios-un filmi də premyerası ilə böyük səs-küy yaradıb və bütün striminq layihələri arasında rekord gəlir gətirən layihəyə çevrilib…

Bu kimi mədəniyyət hadisələri, eləcə də traslarda gedən həyəcanlı mübarizə auditoriyanın artım tendensiyasını gücləndirir, burada sosial şəbəkələrin və rəqəmsal platformaların, xüsusən Formula 1-in rəsmi kanallarının rekord göstəricilərinin rolu da çox müsbət qiymətləndirilir. Komandalarımızın, tərəfdaşlarımızın və bütün yarış icmasının səyi nəticəsində Formula 1 həm trasda, həm də trasdan kənarda möhtəşəm temp yığır”.

Komandalara verilən mükafatların həcmi əvvəlki mövsümdə göstərilən nəticələrə uyğun şəkildə razılaşma üzrə hesablanır. Ümumilikdə ilin ilk altı ayında Formula 1 iştirakçılara 627 milyon dollar ödəyib.

Ekspertlərin hesablamalarına görə, McLaren təxminən 88 milyon dollar, 2024-cü ildə Konstruktorlar Kubokunda 10-cu yeri tutmuş Sauber isə 37 milyondan çox məbləğ alıb. Filmin premyera təsiri ikinci rübün göstəricilərinə müsbət təsir etsə də, Liberty Media bildirib ki, adətən olduğu kimi, yay fasiləsinə görə üçüncü rübdə gəlirlər bir qədər aşağı düşə bilər…

Bunları da oxuyun

Şərh əlavə et