Bu il festival proqramına ilk dəfə olaraq məşhur vaxtilə populyar olan Amerika IROC seriyasının klassik maşınları ilə yürüşlər də daxil edilib. Braun 2025-ci ildə kolleksiyasına yeni qatdığı 1977-ci il istehsalı Chevrolet Camaro-nu ilk dəfə sınaqdan keçirsə də, burada da fərqlənib.
Zek Braun: “Bu, inanılmaz həftəsonu idi! Jaguar XJR-10 ilə podium qazandım və bu maşında üçüncü oldum. Həmçinin Camaro ilə IROC sinfində də 3-cü yeri tutdum. Təəssüf ki, Porsche 935-də gedən yarış uğursuz alındı, halbuki 4-cü yerdə gedirdim… Hər halda, United Autosports və McLaren Racing kollektivləri ilə birlikdə gözəl vaxt keçirdik.
Festivalı isə Spirit of Monterey («Monterey-in Ruhu») mükafatını qazanmaqla başa vurduq. Beləliklə, tariximizə daha bir parlaq səhifə yazıldı!”
Şərh əlavə et