Xəbəri Kokpitdə Oxuyun!

Rəykkönen ikinci Ferstappen olmaq istəyir

Kimi Rəykkönenin yaxın dostlarından olan Cinno Rozato bildirib ki, Robin Rəykkönen çox sürətli sürücüdür.

Cino Rozato Kimi Raykkonenin Ferrari-dən bəri ən yaxın dostlarından biri olub və eyni zamanda onun oğlunun xaç atasıdır. Buna görə də Rozato 10 yaşlı Robinin kartinqdəki uğurlarını yaxından izləyir və onun yarış istedadına heç bir şübhəsi yoxdur.

Cino Rozato: “Robinlə Kiminin ortaq cəhətləri çoxdur. Onları sürət sevgisi birləşdirir və bu, həqiqətən möhtəşəmdir. Bu uşaq inanılmaz dərəcədə sürətlidir, heç nədən qorxmur və onun çıxışlarını izləmək çox maraqlıdır.

Onun anası Minttu isə tipik fin qadınına oxşamırz. O, daha çox italyanlara bənzəyir, çünki çox emosional və ehtiraslı insandır. O, daim Robin üçün narahatdır, daha doğrusu, əvvəllər çox daha çox narahat idi, amma indi bir qədər təmkinli davranıe. Çünki o da anlayır ki, oğlunun xarakteri dəyişməyəcək və Robin necədirsə, elə də qalacaq. Bu uşaq növbəti Maks Ferstappen olmaq istəyir!

Kimi isə buna tam sakit yanaşır: Əgər Robin  inkişafa davam etsə, Formula 1-də yarışa bilər. Əgər alınmasa, deməli, alınmayacaq. Onsuz da elə valideynlər olur ki, övladlarını yeni Senna hesab ediblər.

Məncə, hər şey doğru istiqamətdə gedir. Robin dünyanın ən yaxşı məşqçisinə sahibdir və atasının genlərini daşıyır. Üstəlik xaraktercə də balanslıdır.  Görək necə olacaq, amma mən əminəm ki, o, bir gün Formula 1-də yarışacaq”.

Rauf Hacıyev

Şərh əlavə et