Mövsümün əvvəlində uğursuz start alan Aston Martin komandası Avropa yarışlarında sabit şəkildə xal toplayıb. Macarıstanda Fernando Alonso beşinci, Ləns Stroll isə yeddinci yerləri tutublar. Bu nəticə britaniyalı komandaya Mühəndislər Kubokunda 6-cı yerə yüksəlməyə imkan verib.
Bu, komandanın 2023-cü ilin San-Paulu Qran Prisindən bəri ən yaxşı nəticəsi olub. Həmin vaxt Alonso sonuncu dəfə podiuma çıxaraq üçüncü yeri tutmuş, kanadalı komanda yoldaşı isə beşinci olmuşdu.
Aston Martin-in inkişafına rəqibləri də diqqət yetirir. Onlardan biri də Mercedes komandasının rəhbəri Toto Volfdur. O xatırladıb ki, hazırda Alonso və Strollun maşınlarında Mercedes mühərrikləri quraşdırılıb, lakin 2026-cı ildən etibarən komanda Honda güc qurğularına keçəcək
Toto Volff: “Düşünürəm ki, 2026-cı ildə Ferrari çox rəqabətədavamlı olacaq, amma son vaxtlar Honda da gücünü göstərib. Aston Martin ilə əməkdaşlıqları başlayanda yapon mühəndislərindən çox şey gözləyirəm. Bundan əlavə Red Bull da mühərrik istehsal edəcək. Çempionata Audi-nin baza komandası da qoşulacaq. Hamı növbəti mövsümə ən yaxşı şəkildə hazırlaşmaq istəyir. Görək bunu kim daha yaxşı bacaracaq?
Əgər Ferrari və Mercedes arasında mübarizə görsək, bu əsl klassik rəqabət olacaq. Lyuis Həmilton və Şarl Lekler trasda Kimi Antonelli və Corc Rassellə mübarizə aparanda, bu, inanılmaz dərəcədə maraqlı olacaq. İtalyan sürücü ilə italyan maşınının mübarizəsini təsəvvür edə bilərsinizmi?
Əminəm ki, bu, gələn mövsümdə və ya yaxın gələcəkdə baş verəcək və bu, əla olacaq!”
Şərh əlavə et