Xəbəri Kokpitdə Oxuyun!

F.Vassyör: 2026-da şansımız olacaq

Ferrari komandasının rəhbəri Frederik Vassyör bildirib ki, onların 2026-cı il mövsümündə yaxşı şansları olacaq.

Mövsümün bitməsinə on yarış qalmış Ferrari Mühəndislər Kubokunda ikinci yerdə qərarlaşıb, lakin lider McLaren-dən 299 xal geri qalır.

Komandanın rəhbəri Frederik Vassyör 2025-ci ildə əsas məqsədin ikinci yeri qorumaq olduğunu, 2026-cı ildə isə çempionluq uğrunda mübarizə aparmaq olduğunu bildirib.

Frederik Vassyör: “Hər mövsümdə olduğu kimi, bu ildə də müsbət və mənfi tərəflər var. Stəkanı yarıboş, yaxud yarıdolmuş vəziyyətdə görmək olar.

Mühəndislər Kubokunda Red Bull və Mercedes-dən öndəyik, amma McLaren-ə çox uduzuruq. Buna baxmayaraq, hesab edirəm ki, komanda həm metodologiyada, həm iş yanaşmasında, həm də prosesin gedişində inkişaf edir. Bəzən bu, tras üzərində görünmür, amma gündən-günə önə doğru addım atırıq. Mövsümün sonunadək ikinci yeri qorumaq və bir neçə yarış qazanmaq bizim üçün vacibdir.

2026-cı ilin layihəsi çətin bir çağırışdır və bunun öhdəsindən gəlmək üçün birlikdə işləməliyik. Ferrari-nin qələbə istədiyi sirr deyil, buna görə də məqsədimiz tam aydındır.

Biz bu məqsəd üçün hər şeyi edirik və titulu qazanmaq istəyirik. 2026-cı ildə bunun üçün yaxşı şansımız olacaq”.

Rauf Hacıyev

Şərh əlavə et