Xəbəri Kokpitdə Oxuyun!

D.Rikkardo: İdmana qayıtmayacağam

Sabiq Formula 1 pilotu Daniel Rikkardo bildirib ki, o, artıq idmana qayıtmayacaq və adrenalini başqa yerdə axtaracaq.

Kokpit.az xatırladır ki, avstraliyalı pilot 2024-cü ilin Sinqapur yarışınsan sonra Formula 1 karyerasını başa vurmuşdu. Daniellə bir ara 2026-cı ildə F1-ə gəlməyə hazırlaşan Cadillac maraqlansa da,  o, artıq yarışlara qayıtmağı planlaşdırmadığını açıqlayıb.

Bir Formula 1 fanatı Los-Anceles hava limanında çəkilmiş qısa videonu sosial şəbəkədə yayımlyıb. O, Rikkardonu görüb və  ona yaxınlaşaraq, qısa müsahibə almaq istəyib.

Pilot fürsətdən istifadə edərək bildirib ki, uşaq vaxtında yarışçı olmaq arzu olub və bunun reallaşması onun üçün çox şey ifadə edib: “Bu mənim uşaqlıq arzularımdan biri idi və reallaşanda düşündüm: «Vay, mən nə etdim?»”

O, hər şeyin çox tez baş verdiyini bildirib: “Əlbəttə, karyeram ərzində qazandıqlarımı çox yüksək qiymətləndirirəm və karyeramın bu qədər uzun davam etməsinə görə çox minnətdaram”.

Adrenalin mövzusunda verilən suala cavabında Rikkardo faktiki olaraq sükan arxasına qayıtmayacağını da deyib: “Düşünürəm ki, həyatımın ikinci yarısında adrenalin almağın başqa yolunu tapmağa çalışacağam”.

Rauf Hacıyev

Şərh əlavə et