Xəbəri Kokpitdə Oxuyun!

Həmiltonun 08.08 müəmması aydın olub

Lyuis Həmilton iyulun sonunda sosial şəbəkələrdə 8 avqusta nəzərdə tutulmuş bir açıqlamaya işarə edən müəmmalı paylaşım etmişdi.

Paylaşılan videodan söhbətin nədən getdiyi tam aydın olmamışdı. Kadrlarda vulkan təsvirləri göstərilmış və Hemiltonun səsi eşidilmiıdi: “Biz kibriti yandırdıq. İndi tüstünü izləyin”.

Bu gün sirr açılıb və məlum olub ki, söhbət yeni Almave Humo adlı spirtsiz içkinin reklamından gedirmiş. İstehsalçının fikrinə görə, bu içki dadına görə tüstülü viski növlərini xatırladacaq.

Vulkanların buna nə dəxli var? Cavab içkinin təsvirində gizlənib: “Tüstüdə bir tarix yatır. Təqdim edirik Almave Humo – Meksikanın Puebla bölgəsində, vulkan ətəklərində yetişdirilən «espadin» aqavasından hazırlanmış spirtsiz tüstülü içki. Humo ənənəvi distillə üsullarını uyğunlaşdırılıb və alkoqolsuz ənənəvi tüstülü içkinin dərinliyini və cazibəsini bəxş edir”.

Qeyd edək ki, Lyuis Həmilton Almave şirkətinin səhmdarları sırasındadır. Onunla yanaşı, iri Fransız korporasiyası Pernod Ricard da brendin səhmdarlarından biridir.

 

Rauf Hacıyev

Şərh əlavə et