Paddokda yayılan son söz-söhbətlərə görə bu ikili 1.2 milyard funt sterlin dəyərində olan Alpine komandasının müəyyən səhmlərini satın almağı planlaşdırır.
Red Bull-dan ayrıldıqdan sonra Hornerin gələcək planları hamıya maraqlı idi.
F1 şərhçisi Nelson Valkenburq bu barədə maraqlı açıqlamalar verib “Hornerin komanda sahibi olmaq arzusu var. Hazırda bu baxımdan ən uyğun komanda Alpine-dir. O, Berni Ekklstounun dəstəyi ilə komandanın cüzi səhmlərinə sahib ola bilər”.
Valkenburqun sözlərinə görə Horner son dövrlərdə Renault-nun sabiq rəhbəri Luka de Meo və Flavio Briatore ilə uzun müzakirələr aparıb. De Meonun vəzifədən ayrılması, Alpine-in gələcəyi ilə bağlı qeyri-müəyyənliyi daha da artırır.
94 yaşlı Berni Ekklstoun isə yaşına baxmayaraq Formula 1-dən uzaq qalmayıb. 2025-ci mövsümündə əksər yarışlarda paddokda olub və Hornerlə birlikdə FIA-nın komissiya iclaslarında da iştirak edib.
Horner ilə Ekklstoun arasındakı yaxın münasibət Red Bull-un Formula 1-ə daxil olduğu 2005-ci ildən bu yana davam edir. Ekklstounun maddi və siyasi dəstəyi ilə Hornerin Alpine-ə sərmayə qoyması, idmanın köklü komandalarından birinin taleyini dəyişə bilər.
Alpine rəhbərliyi hələ də bu məsələ ilə bağlı rəsmi mövqeyində israrlıdır: satış planı yoxdur.
Renault rəhbəri Luca de Meo daha əvvəlki açıqlamalarında komandanın satışa çıxarılmadığını bildirmişdi. Oxşar şəkildə, Alpine-in müşaviri Flavio Briatore də komanda əməkdaşlarına “satış olmayacaq” mesajı verərək onları əmin etməyə çalışmışdı.
Lakin Formula 1-in getdikcə daha dəyərli bir idman sahəsinə çevrilməsi, komandaların milyardlarla sterlin dəyərində qiymətləndirilməsi qapalı qapılar arxasında yeni ssenarilərin formalaşmasına zəmin yaradır.
Qeyd edək ki, Kristian Hornerin Red Bull ilə müqaviləsinin 2026-cı ilin yanvarına qədər davam etdiyi ehtimal olunur. Bu isə o deməkdir ki, Alpine-də rəhbərlik dəyişməsi yalnız gələn ilin əvvəlində baş tuta bilər.
Şərh əlavə et