Qudvud Sürət Festivalı: Adrenalin, nostalji və texnologiya bir arada

Qudvud Sürət Festivalı: Adrenalin, nostalji və texnologiya bir arada
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

10-13 iyul tarixlərində keçirilən Qudvud Sürət Festivalı (Goodwood Festival of Speed) dünyanın ən sürətli avtomobillərini və ikonik pilotlarını bir araya gətirərək, avtoidman həvəskarlarına unudulmaz anlar yaşadıb. Festival həm tarixi, həm də müasir yarış avtomobillərinin şouları ilə yadda qalıb.

1993-cü ildən bəri İngiltərənin Qərbi Sasseks bölgəsindəki Qudvud mülkündə təşkil edilən bu festivalın avtoidman dünyasında xüsusi yeri var. Həm keçmişin əfsanəvi pilotları, həm də müasir yarış maşınları bu tədbirdə bir araya gəliblər.

Prost yenidən sükan arxasında

Formula 1 üzrə dördqat Dünya Çempionu Alen Prost titul qazandığı McLaren MP4/2B avtomobili ilə Qudvudun məşhur yoxuşunsa sükan arxasına keçərək izləyicilərə nostalji yaşadıb. Dövrünə aid yarış kombinezonu ilə kamera qarşısına keçən Prost “Bu maşınları necə idarə edə bilirdik, doğrudan da maraqlıdır” – deyə bildirib.

Formula 1-in 75 illik yubileyi çərçivəsində keçirilən tədbirdə Prosta Mario Andretti, Naycel Mənsell, Sir Ceki Stüart, Emerson Fittipaldi, Jak Villnöv və Mika Häkkinen kimi Formula 1 əfsanələri də qoşulub. Onlar festivalın açılışında Qudvud Evinin eyvanından minlərlə ziyarətçiyə salam veriblər. Alen Prostun oğlu Nikolya Prost da tədbirdə iştirak edib.

Dua Lipa və Porsche əməkdaşlığı

Festivalın sürpriz iştirakçılarından biri də məşhur müğənni və model Dua Lipa olub. Porsche ilə birlikdə həyata keçirdiyi “Dua Lipa Rennstall 911 GT3 RS” layihəsi ilə tədbirdə iştirak edən ulduz, avtomobilin dizayn mərhələsində bilavasitə iştirak etdiyini bildirib.

Bu unikal avtomobil RM Sotheby’s tərəfindən xərraca çıxarılıb və əldə edilən bütün gəlir Lipanın təsisçisi olduğu Sunny Hill xeyriyyə fonduna bağışlanacaq. Fondun məqsədi Kosova və bölgədə incəsənət və mədəniyyəti dəstəkləməkdir.

Haas F1 komandası 10 illiyini qeyd edib

Haas komandası Formula 1-dəki 10-cu ildönümünü Qudvud Sürət Festivalında qeyd edib. Komandanın rəhbəri Ayao Komatsu VF-24 bolidinin sükanı arxasında Qudvud yoxuşuna çıxararaq, izləyicilərdən böyük alqış alıb.

Komandanın qurucusu Cin Haas da 2023-cü il model bolidlə trasda görünüb. Onun sükan arxasına keçməsi Haas-ın avtoidmandakı onillik tarixinə rəmzi bir mesaj olub.

Williams – FW14B ilə nostalji

Williams komandasının rəhbəri Ceyms Vovls da əfsanəvi pilot Naycel Mənsellin 1992-ci il model FW14B bolidi ilə çıxış edib. Bu bolid dövrünün ən qabaqcıl texnologiyalarına – aktiv asılqan sisteminə və aerodinamik üstünlüklərə sahib idi. Mənsell həmin mövsümdə Dünya Çempionu olmuşdu.

Vovls çıxışında “Bu, əsl Naycelin çempion olduğu orijinal avtomobildir. Komandanın miras bölməsi mükəmməl iş görüb,” – deyə bildirib.

Berman və Toyota GT3

Haas sürücüsü Olli Berman Toyota-nın yeni GT Racing Concept avtomobili ilə festivalda çıxış edib. İlk dəfə bu tədbirdə təqdim olunan kamuflyaj örtüklü GT3 avtomobili Qudvudun yoxuşunda sınaqdan keçirilib.

Berman avtomobilin performansını “Yoxuş sanki canlandı” – sözləri ilə ifadə edib. Komanda yoldaşı Esteban Okon da avtomobili test edərək rəy bildirib. Berman bu avtomobilin dar və texniki traslarda daha rahat idarə olunduğunu və limitlərə yaxınlaşmağın daha asan olduğunu qeyd edib.

Toyota-nın yol versiyası da təqdim olunaraq brendin yeni flaqman modeli olmağa namizəd göstərilib.

Bunları da oxuyun

Şərh əlavə et