A.Dann: Hədəfim Formula 1-dir

A.Dann: Hədəfim Formula 1-dir
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

McLaren-in gənc pilotlar proqramının üzvü və Formula 2-də çempionatda üçüncü olan Aleks Dann karyerasını Formula E-də davam etdirməyə hazır olduğunu desə də, əsas arzusu Formula 1-ə keçməkdir. Lakin hələlik orada onun üçün boş yer yoxdur.

Kokpit.az bildirir ki, irlandiyalı sürücü Formula 2-də bu il debet edib və 2 qələbə qazanıb. O, çempionatda üçüncü yerdə olsa da, lider Rixard Fersxurdan 22 xal geridə qalır və hələ də titul şansı var.

Aleks Dann: “Məqsədim dəyişməyib. Mən Formula 1-də çıxış etmək və Formula 1 pilotu olmaq istəyirəm.

Formula E dəfələrlə sübut edib ki, bu seriyada güclü sürücülər və böyük mübarizə var. Bu il mən McLaren-in Formula E komandasında ehtiyat pilot kimi fəaliyyətə başladım və bu şansdan razıyam, amma əsas diqqətim və məqsədim yenə də yalnız Formula 1-dir.

Avstriya Qran Prisinə gəlincə, etiraf edim ki, cümə günü məşqində Formula 1 maşınına çox tez uyğunlaşdım və bu məni təəccübləndirdi.

Əslində Formula 1 maşınına öyrəşmək F2-yə qayıtmaqdan daha asan oldu!

Təbii ki, sürmə tərzi bir qədər fərqlidir. Formula 1 maşınlarının asfaltla ilişməsi mükəmməldir. Mənim kimi hər həftə sükan arxasına keçməyən pilot üçün bu maşın həddindən artıq güclü görünür. Ancaq sükan arxasına keçən kimi özümü gözlədiyimdən daha inamlı və rahat hiss etdim, uyğunlaşmağım da çox tez oldu”.

Bunları da oxuyun

Şərh əlavə et