Almaniyanın nüfuzlu Bild nəşri öz mənbələrinə istinadən xəbər verir ki, Red Bull şirkətinin icraçı direktoru Oliver Mintslaf və şirkətin idman məsləhətçisi Helmut Marko Böyük Britaniya Qran Prisindən sonra – çərşənbə axşamı günü Londondakı otellərdən birində Hornerə onun vəzifəsindən azad edildiyini bildiriblər.
Bild yazır ki, Red Bull-un rəhbərinin dəyişdirilməsi ilə bağlı ilk danışıqlar artıq Avstriya Qran Prisi zamanı – Şpildberqdə Oliver Mintslafın şirkətin əsas səhmdarları Mark Mateşiç və Çalerm Yuvidya ilə görüşündə başlamışdı. Yekun qərar bir neçə gün sonra Zoom görüşündə qəbul edilib.
Məlumatlara görə Hornerin istefasına onun Çalerm Yuvidya ilə münasibətlərinin pisləşməsi də təsir göstərib. Yuvidya Hornerə yalnız Formula 1 komandasının idarəçiliyinə fokuslanmağı təklif edib. Ancaq Kristian Horner bu ideyaya qarşı çıxıb, xüsusilə də marketinq, texniki və mühərrik şöbələrindən imtina etmək istəməyib.
Bu ikili rəhbərlik problemi səlahiyyətlərin bölüşdürülməsi ilə bağlı daxili qarşıdurmaları dərinləşdirib və nəticədə Hornerlə yolların ayrılması qərarı verilib.
Şərh əlavə et