K.Antonelli: Maksdan çox üzr istəyirəm

K.Antonelli: Maksdan çox üzr istəyirəm
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Andrea Kimi Antonelli Avstriya Qran-Prisinin ilk döngəsində Maks Ferstappen ilə yaşadığı və hər iki pilotun da mübarizəni dayandırmasına səbəb olan insidentlə bağlı "gec əyləcləmə” ittihamlarını rədd edib.

Kanada yarışında ilk podiumuna yüksələrək hamının diqqətini cəlb edən italyan sürücü Red Bull Ring trasında bu uğurunu davam etdirə bilməyib və 3-cü döngədə mübarizəni dayandırıb.

İnsident zamanı Mercedes pilotunun gec əyləcə basdığı və bu səbəblə Ferstappenə çırpıldığı iddia edilsə də, Antonelli hadisənin arxa təkərlərin kilidlənməsindən qaynaqlandığını bildirib: “Əyləcə gec basmadım. Əyləclədiyim anda önümdəki sürücü ilə məsafə normal idi, lakin o anda arxa təkərlər kilidləndi və Maşını saxlaya bilmədim.

Arxa təkərlərin kilidini açmağa çalışdım və Lousona vurmamaq üçün sükanın yönünü dəyişdim, amma artıq çox gec idi, çünki avtomobil sürətlənməyə başlamışdı.

Ön təkərlər də kilidləndi və maşın yavaşlamaq yerinə daha da sürətləndi. Hadisənin qarşısını almaq artıq mümkün deyildi”.

Antonelli Ferstappendən rəsmi olaraq üzr istədiyini və səhvini qəbul etdiyini deyib:“Komandamdan və əlbəttə ki, Maksdan çox üzr istəyirəm. Bu böyük bsəhv idi. İndi irəli baxmalı və Silverstoun yarışına fokuslanmalıyıq. Kanadadakı kimi performans göstərmək və normal tempə qayıtmaq mənim üçün vacib olacaq”.

Bunları da oxuyun

Şərh əlavə et