Sürətli dövrədən əvvəl hamı bir-birini bir qədər irəli buraxaraq qarşısında az da olsa boş sahə yaratmağa çalışırıb, lakin bu dəfə son döngədə tıxac yaranmasının qarşısını almaq mümkün olmayıb.
Burada start mövqeyi çox önəmlidir — həmişə ilk iki sıradan start alan pilotlar qalib gəlib. Son on Qran Pri-də altı dəfə poul sahibi qalib gəlib, son beş yarışın hamısında isə poulu Maks Ferstappen qazanıb.
Bu dəfə sərbəst yürüşlərdə lider Lando Norris olub — şənbə səhəri o, Ferstappenin ötənilki poul nəticəsindən daha sürətli dövrə vurub. Pirelli bu mərhələyə “yumşaq” üçlüyü – C3, C4 və C5 (müvafiq olaraq Hard, Medium və Soft) gətirib, lakin bu dəfə eksperimental C6 tərkibi olmayıb – komandaların adət etdiyi tərkiblərdən istifadə olunub.
İlk sessiyada Formula 2 sprint yarışının uzanması səbəbindən beş dəqiqə gecikdirilib. Bütün pilotlar trasda Soft təkərlərlə görünüblər. Piastri dördüncü döngədə çınqıllı sahəyə çıxaraq cəhdini korlayıb, amma hərəkətə davam edib və nəticəsini yaxşılaşdırmağa nail olub. İlk cəhddə Norris hamıdan sürətli olub – 1:04.672. Bu nəticəni heç kim keçə bilməyib. Hülkenberq, Sayns, Tsunoda, Okon və Stroll mübarizəni dayandırıblar. Yuki ardıcıl üçüncü həftəsonudur ki, sıralanma turunu ilk sessiyada başa vurur.
İkinci sessiyada hamı yenidən Soft təkərlərlə trasa çıxıb. Piastri yeni referans nəticə göstərib – 1:04.556, amma Norris onu keçib – 1:04.410. Sessiyanın bitməsinə 6 dəqiqəyə yaxın qalmış, son döngədəki otluqda yanğının söndürülməsi üçün sıralanma turu qırmızı bayraqlarla dayandırılıb. Pilotlar boksa qayıdıblar. Fasilədən sonra Norris liderliyini qoruyub. Berman, Kolopinto, Hacar, Elbon və Alonso ilk onluğa düşə bilməyiblət.
Son sessiyada Final sessiyada bütün pilotlar Soft təkərlərlə trasa çıxıblar. Rassell boksdan təhlükəli şəkildə buraxılıb və bu, Ferrari pilotlarına və Ferstappenə maneə yaradıb. İlk cəhddə Norris dərhal sessiyanın ən yaxşı nəticəsini göstərib – 1:04.268. Louson dövrəsini tamamlamayıb və cəhdini yarımçıq dayandırıb. İkinci cəhddə Norris daha da sürətli olub – 1:03.971. Qaslinin yerində fırlanmasından sonra sarı bayraqlar qaldırıldığı üçün digər pilotlar tempi azaltmalı olublar və Norrisdən yarım saniyədən çox geri qalıblar.
Lando Norris mövsümdə üçüncü, karyerasında isə 12-ci pouluna sevinib. Sabah onunla ön cərgədən yarışa Şarl Lekler başlayacaq. Oskar Piastri və Lyuis Həmilton ikinci, Corc Rassell və Lyam Louson üçüncü cərgədən start alacaqlar. Maks Ferstappen komandasının ev yarışına yalnız 7-ci yerdən başlaya biləcək.
Bizi sabah maraqlı mübarizə gözləyir…
Şərh əlavə et