Kokpit.az xatırladır ki, britanayila sürücü sıralanma turunun üçüncü sessiyasının əvvəlində pitdən çıxarkən az qala qəzaya səbəb olurdu. O, buna görə radiodan komandasına narazılığını bildirib. Sessiyadan sonra stüardlar qərara gəlib ki, Rassell pit yolunun sürətli zolağına uyğun boşluq olmadan daxil olub və ona xəbərdarlıq veriblər.
FIA-nın rəsmi hesabatına əsasən, Russell pit yolunun sürətli hissəsinə çıxmağa çalışarkən digər maşınlar yaxınlaşırdı. Mercedes-in pilotu, gələn maşınları görə bilməyəcəyi bir bucaq altında dayanmaq məcburiyyətində qalıb. Bu anlarda komandası ilə radio vasitəsilə danışmağa cəhd edərkən səhvən ilişmə muftasını buraxıb və maşının irəli sıçramasına səbəb olub.
Mercedes komandası hadisədən sonra etiraf edib ki, vəziyyətə daha yaxşı nəzarət edə bilərdilər. Stüardlar isə Rassellə rəsmi xəbərdarlıq verərək məsələni bağlayıblar.
Rassell bazar günü baş tutacaq yarışa 5-ci yerdən, gənc komanda yoldaşı Andrea Kimi Antonelli isə 9-cu yerdən start alacaq.
Şərh əlavə et