Şpilberqdə ən yaxşı startı Rassell verib

Şpilberqdə ən yaxşı startı Rassell verib
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

Bir çox komanda Avstriyaya yenliklər gətirib ki, onların effektivliyini qiymətləndirsin və gələn həftə keçiriləcək Silverstoun mərhələsinə qədər onlara uyğunlaşsın – bu mərhələ əksər komandalar üçün "ev" yarışı sayılır, sponsorların və rəhbərliyin gözləri qarşısında baş tutur.

Red Bull Ring-də doğru sazlama tapmaq nisbətən sadədir və bir neçə il sonra ilk dəfə olaraq Formula 1 Şpildəbergdə klassik həftəsonu formatında – yəni üç sərbəst yürüş seansı ilə keçirilir. Bu, komandalara yenilikləri yoxlamaq və gənc pilotlara ilk seansda şans vermək etmək imkanı yaradıb. Pilotlar aerodinamik sensorlarla trasa çıxıb və mühəndislər üçün məlumat toplayıblar, hər kəs fərqli proqramlar üzrə işləyib.

İki komandada gənc pilotlara fürsət verilib – Ferrari-də Dino Beqanoviç müvəqqəti olaraq Şarl Lekleri əvəzləyib, McLaren-də isə Aleks Dann Lando Norris-in maşınına əyləşib – bu, onun Formula 1-də ilk rəsmi həftəsonu sessiyasıdır.

Qısa və dar trasda ənənəvi olaraq sıxlıq problemləri yaranıb. Bu həftəsonunun əsas çətinliklərindən biri də tras sərhədlərinə riayət etməkdir, bu isə hamının öhdəsindən gələ bildiyi bir məsələ deyil. Lakin sərbəst yürüşlərdə FIA bu pozuntuları sadəcə qeyd edir, cərimə tətbiq etmir.

Sessiya səhvlərsiz ötüşməyib. Ferstappen, Tsunoda, Berman, Elbon və Okon trasdan kənara çıxıblar. Alonso isə son döngədə yerində fırlanıb, amma maşına zərər dəyməyib.

Ferrari komandasında iki maşında da texniki problemlər yaranıb – Həmiltonun ötürmələr qutusunun sensoru sıradan çıxıb, Beqanoviçin maşınında isə mexaniklər altlığı söküblər, amma qısa fasilədən sonra hər iki pilot trasa qayıdıb və çox vaxt itirməyiblər.

Sessiyanın son dəqiqələrində hava çiskinli olub, lakin ciddi hal müşahidə olunmayıb – pilotlar sessiyanı problemsiz başa vurublar. Ən yaxşı nəticəni Corc Rassell göstərib – 1:05.542.

Bunları da oxuyun

Şərh əlavə et