Xəbəri Kokpitdə Oxuyun!

L.Həmilton: Yeniliklər yaxşıdır, amma…

Ferrari komandası Avstriya və Böyük Britaniya Qran Priləri üçün yeni texniki yeniliklər üzərində işləyir. Lakin Lyuis Həmilton bu yeniliklərə dair gözləntilərini hələlik aşağı səviyyədə saxlayır.

Maranello mərkəzli komanda Avstriya Qran Prisində yenilənmiş altlıq ilə trasda olacaq. Gələn həftə Silverstounda isə arxa asılqan sisteminə aid yeniliklərin tətbiq olunması planlaşdırılır.

Lyuis Həmilton Avstriyada keçirilən mətbuat konfransında yeni hissələrin bolidə inteqrasiyası ilə bağlı bunları deyib: “Əvvəlcə qeyd edim ki, yenilik gətirmək həmişə sevindiricidir. Yeni detalların gəlməsi hər zaman həyəcan doğurur. Bu hissələri hazırlamaq üçün əziyyət çəkən hər kəsə minnətdaram.

Lakin bu yeniliklərin tam olaraq necə təsir edəcəyini bilmirik. Normalda bolidə əlavə olunan asfaltayatma qüvvəsinin nə qədər olduğunu əks etdirən dəqiq göstəricilər olur, amma hazırda bu, tam aydın deyil.

Buna görə də bunun düzgün istiqamətdə bir addım olacağına ümid edirik, lakin çox böyük fərq yaradacağını düşünmürük. Hər halda ümidliyik – bəlkə də gözlədiyimizdən daha yaxşı nəticə verər”.

Ferrari komandasının rəhbəri Frederik Vassyör də Sky Sports F1-ə verdiyi açıqlamada yeniliklərin təsirindən daha çox, komandanın tras üzərindəki tətbiqinə diqqət yetirilməsinin vacibliyini vurğulayıb: Ferrari komandası Avstriya və Böyük Britaniya Qran Priləri üçün yeni texniki yeniliklər üzərində işləyir. Lakin Lyuis Həmilton bu yeniliklərə dair gözləntilərini hələlik aşağı səviyyədə saxlayır.

Maranello mərkəzli komanda Avstriya Qran Prisində yenilənmiş altlıq ilə trasda olacaq. Gələn həftə Silverstounda isə arxa asılqan sisteminə aid yeniliklərin tətbiq olunması planlaşdırılır.

Lyuis Həmilton Avstriyada keçirilən mətbuat konfransında yeni hissələrin bolidə inteqrasiyası ilə bağlı bunları deyib: “Əvvəlcə qeyd edim ki, yenilik gətirmək həmişə sevindiricidir. Yeni detalların gəlməsi hər zaman həyəcan doğurur. Bu hissələri hazırlamaq üçün əziyyət çəkən hər kəsə minnətdaram.

Lakin bu yeniliklərin tam olaraq necə təsir edəcəyini bilmirik. Normalda bolidə əlavə olunan asfaltayatma qüvvəsinin nə qədər olduğunu əks etdirən dəqiq göstəricilər olur, amma hazırda bu, tam aydın deyil.

Buna görə də bunun düzgün istiqamətdə bir addım olacağına ümid edirik, lakin çox böyük fərq yaradacağını düşünmürük. Hər halda ümidliyik – bəlkə də gözlədiyimizdən daha yaxşı nəticə verər”.

Ferrari komandasının rəhbəri Frederik Vassyör də Sky Sports F1-ə verdiyi açıqlamada yeniliklərin təsirindən daha çox, komandanın tras üzərindəki tətbiqinə diqqət yetirilməsinin vacibliyini vurğulayıb: “Silverstoundan əvvəl bir yeniləməmiz olacaq. Ola bilsin, sonradan bir yenilik də gəlsin.”

“Amma dürüst desəm, məncə əsas fərq yaradan məsələ bolidin potensialı deyil, həmin potensialdan nə qədər düzgün istifadə olunduğudur.”

“Artıq 2026-cı ilə yaxınlaşırıq və bu mərhələdə trasda tətbiq etdiyimiz yeniliklər saniyənin onda biri deyil, yüzdə biri qədər təsir göstərə bilir. Amma əgər boliddən düzgün istifadə olunmasa, saniyənin bir neçə onda birini itirmək mümkündür.”

“Keçmişdə bəzi yenilikləri təqdim etdikdə, bolidin yeni versiyasına tam uyğunlaşmaq üçün bir-iki yarış vaxt tələb olunurdu.”

“Buna görə diqqəti bolidin sırf texniki potensialından daha çox, komandanın onu nə qədər effektiv şəkildə istifadə etdiyinə yönəltmək istəyirəm. Amma bəli, bolidə yeni hissələr gələcək.”

Rauf Hacıyev

Şərh əlavə et