Azərbaycanda F1 filminin təqdimatı keçirilib

Azərbaycanda F1 filminin təqdimatı keçirilib
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

“Dəniz Mall” ticarət mərkəzində yerləşən “CineMastercard” premium kinoteatrında Formula 1 yarışlarının Azərbaycandakı promouteri Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin dəstəyi ilə “Formula 1” idman dramının premyeradan öncə nümayişi keçirilib.

Filmin rejissoru “Top Qan: Meverik” və “Cəsurlar işi” kimi işləri ilə tanınan Cozef Kosinskidir. Baş rolları Hollivud ulduzları Bred Pitt, Demson İdris və Xavyer Bardem canlandırıblar. Filmdə həmçinin hazırda yarışan Formula 1 pilotları da iştirak ediblər. Layihə ninprodüserlərindən biri yeddiqat dünya çempionu Lyuis Hemiltondur.

Çəkilişlər 2023-cü ildə başlayıb və real traslarda aparılıb. Bu film üçün xüsusi avtomobillər hazırlanıb. Onlara kamera, qeydiyyat qurğuları, akkumulyatorlar və ötürücülər də daxil olmaqla on beş dayaqlı sistem quraşdırılıb. Uydurma APXGP komandası öz pit stop zonası, komanda körpüsü ilə təmin olunub, film üçün hazırlanmış yarış avtomobilləri isə yarışlardan əvvəl start düzülüşünün sonunda yerləşdirilib. Üç ay ərzində yürüşlərə hazırlaşan aktyorlar bolidlərin içində əyləşiblər.

Filmin süjeti APXGP komandası ətrafında qurulub. Ağır qəzadan sonra avtoidmandan uzaqlaşmış əfsanə vipilot Sonni Heys (Bred Pittin ifasında) traslara qayıdırki, komandanın ikinci pilotu və gənc, istedadlı pilot Coşua Pirsin (Demson İdrisin ifasında) mentoruna çevrilsin.

Qapalı nümayişdə tanınmış simalar, ictimai xadimlər, jurnalistlər, bloqerlər, sahibkarlar və iri təşkilatların rəhbərləri, həmçinin Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin qonaqları iştirak ediblər.

Gecə “Formula 1” filminin birgə izlənməsi ilə yekunlaşıb.

Tamaşaçılar ilin ən çox gözlənilən filmini “CineMastercard” kinoteatrlar şəbəkəsində 3 dildə: rus, ingilis və türk dillərində izləyə biləcəklər. Həmçinin“CineMastercard” kinoteatrı “Formula 1” filmini ən son texnologiyalar olan 4DX və ScreenX formatların daizləmə imkanını təqdim edir.

Bunları da oxuyun

Şərh əlavə et