S.Peres: Red Bull məni göndərdiyinə təəssüflənir

S.Peres: Red Bull məni göndərdiyinə təəssüflənir
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

2024-cü ilin sonunda Red Bull Racing Serxio Pereslə əməkdaşlığa son qoyub, baxmayaraq ki, onun 2025-ci il üçün müqaviləsi olub. Meksikalını Lyam Louson əvəzləyib, onun yerinə isə mövsümün əvvəllərindəcə Yuki Tsunoda gətirilib. Lakin o da mütəmadi olaraq Maks Ferstappənə uduzur...

Serxio hesab edir ki, komanda artıq onun xidmətlərindən imtina etmək qərarına görə peşman olub.

Dede el Paddock-un “Sizcə, Red Bull Racing sizdən üzr istəməlidirmi?” sualına cavab olaraq Serxio deyib: “Xeyr. Axı bu idmandır. Onlar öz üzərlərində yaratdıqları böyük təzyiq səbəbilə müəyyən qərarlar qəbul ediblər. Amma bilirəm ki, dərinlikdə onlar mənimlə bağlı verdikləri qərardan peşman olublar. Mən bunu çox etibarlı mənbədən öyrənmişəm.

Bu vəziyyətdə nə etmək olar? Yoluna davam etmək, baxmayaraq ki, bu asan deyil. İnsanlar düşünə bilər ki, onların yaşadığı problemlərə baxıb zövq alıram, amma belə deyil, çünki komandada hələ də çox yaxşı dostlarım qalıb”.

Serxio Peres əlavə edib ki, Red Bull Racing-dəki problemlərin ilkin səbəbi komandanın texniki direktoru Adrian Nyuinin gedişidır: “Bizim əla komandamız olub. Zamanla mövqelərimizi yavaş-yavaş itirmişik, amma buna baxmayaraq çox yüksək rəqabət şəraitində xüsusi nəticələr qazanmışıq. Biz, məsələn, Mercedes kimi dominant olmamışıq. Onların mühərrik sayəsində böyük üstünlüyü olub, bizdə isə fərqlər minimal idi. Əsl problemlər Adrianın gedişi ilə başlayıb”.

Bunları da oxuyun

Şərh əlavə et