Kokpit.az xatırladır ki, son günlərdə Corc Rassellin 2026-cı ildə Aston Martin komandasına keçidi ilə bağlı dedi-qodular yayılıb.
Britaniyalı pilotun hazırkı komandası Mercedes ilə müqaviləsi ilin sonunda başa çatacaq. Buna görə də “yaşıllar”ın 27 yaşlı pilotu transfer edəcəyi ilə bağlı söz-söhbətlər artmışdı.
Lakin Aston Martin tərəfi bu dedi-qodulara cavab verib: “Mətbuat üçün sürücü bazarındakı hadisələri müzakirə etmək normal haldır. Lakin biz sürücü heyətimizdən çox razıyıq.
Bu sürücülərin çoxillik müqavilələri var. Hazırda bütün gücümüzü onlarla daha yaxşı maşın düzəltməyə yönləndirmişik. Bu hədəfimizə çatsaq, hər iki sürücümüz də yaxşı nəticələr qazanmağa başlayacaqlar”.
Şərh əlavə et