Ferrari-nin çempionatında ilk azərbaycanlı sürücü!

Ferrari-nin çempionatında ilk azərbaycanlı sürücü!
  1. 1K. AntonelliMercedes390
  2. 2M. FerstappenRed Bull279
  3. 3C. RassellMercedes262
  4. 4L. HəmiltonFerrari261
  5. 5Ş. LeklerFerrari249
  6. 6L. NorrisMcLaren246
  7. 7O. PiastriMcLaren152
  8. 8İ. HəcərRed Bull122
  9. 9L. LousonRacing Bulls89
  10. 10P. QasliAlpine42
  11. 11A. LindbladRacing Bulls38
  12. 12F. KolapintoAlpine27
  13. 13O. BermanHaas23
  14. 14Q. BortoletoAudi14
  15. 15N. HülkenberqAudi14
  16. 16E. OkonHaas7
  17. 17F. AlonsoAston Martin7
  18. 18K. SaynsWilliams7
  19. 19A. AlbonWilliams5
  20. 20Y. TsunodaRacing Bulls1
  21. 21R. HirakavaHaas1
  22. 22L. StrollAston Martin0
  23. 23V. BottasCadillac0
  24. 24S. PeresCadillac0
  25. 25R. CamaraHaas0
  1. 1Mercedes652
  2. 2Ferrari510
  3. 3Red Bull415
  4. 4McLaren398
  5. 5Racing Bulls114
  6. 6Alpine69
  7. 7Haas31
  8. 8Audi28
  9. 9Williams12
  10. 10Aston Martin7
  11. 11Cadillac0

2 iyun - 8 iyun tarixlərində Ferrari HP Esports Series Beynəlxalq Sıralama turları baş tutmuşdur və Azərbaycan bu yarışda ilk dəfə iştirak edib. Gənc pilotumuz Yaqub Əliyev burada ilk nailiyyətini əldə edib.

Yarış virtual Silverstoun trasında , Ferrari 488 GT3 Evo yarış avtomobilində keçirilib.

Yarışa ümumilikdə 700 iştirakçı qatılıb.
Pilotumuz yarışın sonunda 2:00.642 nəticə göstərərək öz regionunda 7-ci yeri tutub və dünya üzrə TOP 20 ən yaxşı pilot siyahısına daxil olub.

 

Yaqub Əliyev bu nəticə ilə Regional Final mərhələsinə vəsiqə qazanıb.

Regional Final mərhələsi 24 oktyabr tarixində virtual Laguna Seca trasinda keçiriləcək.

Qeyd edək ki, 21 yaşlı Yaqub dəfələrlə ölkəmizi beynəlxalq simulyator yarışlarında təmsil edib və çoxlu uğurlar qazanıb.

Belə ki, Yaqub Əliyev 2020-ci ildə 274-dən çox iştirakçının qatıldığı Toyota Gazoo Racing GT86 zaman yarışının qalibi oldu. 2021-ci ildə keçirilən FIA Gran Turismo SPORT Nation & Manufacture Cup yarışında MDB üzrə 1-ci nəticəyə nail olub.

2021-ci ildə DTF AVTOSPORT-un Gran Turismo SPORT platformasında keçirdiyi çempionatda çempionluq eldə edib.

Yaqub Əliyev 2024-cü ildə İspaniyanın Valensiya şəhərində təşkil edilən FİA Motorport Games-də iştirak edib. O, ESport kateqoriyasında çıxış edib və 100 yarışçı arasında Top 30-a daxil olub.

Sonda qeyd edək ki, Kokpit.az saytının komandası qarşıdan gələn yarışda pilotumuza uğurlar arzu edir.

Bunları da oxuyun

Şərh əlavə et