Beləliklə, bu ilin ən çox gözlənilən tədbirlərindən biri – Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 – yalnız sürət, rəqabət və texnologiya ilə deyil, eyni zamanda qeyri-adi musiqilər ilə yadda qalacaq.
Bu, sadəcə konsert deyil – reallıqla fantaziyanın sərhədlərini yox edəcək audiovizual şoudur. Anyma səhnədə təkcə musiqi ifa etmir – o, texnologiya, animasiya, işıq effektləri və emosional vizuallar vasitəsilə dinləyicini paralel bir dünyaya aparır. Onun çıxışı, sanki futuristik sənət qalereyasında canlı performansa baxmaq kimidir.
Qran Pri idman yarışı olmaqla bərabər, həm də festival abu-havasıdır. Hər il olduğu kimi bu il də Bakıda təşkil olunan yarış həftəsonu izləyicilərə unudulmazanlar vəd edir. Anyma-nın çıxışı bu gecələrin zirvəsi olacaq – motorsportun həyəcanı, şəhərin enerjisi vəelektron musiqinin hipnozedici təsiri birləşərək epik birtəcrübəyə çevriləcək.
Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2025 –nə 4 günlük bilet sahibləri konsertdə iştirak edəbiləcəklər. Geri sayım artıq başladı! Unudulmaz gecənin bir hissəsi olmaq istəyirsənsə, biletini almağa tələs.
Şərh əlavə et